Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cəbhədə daha bir erməni əsgər məhv edildi

Bu gecə ermənilərin atəşkəs rejimini pozması nəticəsində Ermənistan ordusunun bir hərbçisi ölüb. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı yazıb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin əsgəri – 1996-cı il təvəllüdlü Ayk Minasyan ölüb.

Bundan başqa qarşı tərəf iddia edib ki, qoşunlarımız onların mövqelərinə qradlardan atəş zərbələri endirib. Bu iddiaya münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ANS PRESS-ə bildirib ki, ermənilərin bu məlumatı həqiqəti əsk etdirmir: “Azərbaycan ordusu erməni mövqelərinə qradlardan heç bir zərbə endirməyib”.

Ötən gecə də ermənilərin atəşkəs rejimini pozması nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri – 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər.

Azərbaycan Müdafiə Nazirliyi də bu gecə cəbhədə baş verənlərlə bağlı məlumat yayıb. Nazirlikdən bildiriblər ki, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq ermənilərin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Avqustda şəhid olan gəncin medalı ailəsinə verildi

%d bloqqer bunu bəyənir: