Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Cəbhəçi gəncin ailəsinə təzyiq edilir

AXCP Gənclər Komitəsinin həbsdə olan fəalı Məsud Rzalının ailəsinə təzyiq edilir. Redaksiyamıza məlumat verən ailə üzvləri bildirirlər ki, onları kirayə qaldıqları evdən çıxarmaqla hədələyirlər. 25-ci polis bölməsinə mobil telefonunu götürmək üçün gedən Məsud Rzalının həyata yoldaşına bildiriblər ki, Nizami rayon polis idarəsinə getməlidir. Qeyd edək ki, Məsud Rzalı həbs edilərkən həyat yoldaşının telefonu onun üzərində olub. Nizami rayon polis idarəsində Məsud Rzalının yoldaşına Ədalət adlı rəis kobud ifadələr işlədib. Bildirib ki, sizin ailənizə Bakıda yaşamağa da imkan verməyəcəyik. Açıq şəkildə bildirilib ki, bütün bu təzyiqlər Məsud Rzalının siyasi baxışlarına görədir.

Xatırladaq ki, Məsud Rzalı avqustun 12-də şərlənərək həbs edilib və 30 gün müddətində azadlıqdan məhrum edilib. Məsud Rzalının da ənənəvi “polisə müqavimət” maddəsiylə həbs ediblər.

Ancaq görünən budur ki, hakimiyyətin şəri sərhəd tanımır. Həbs etməkləri azmış kimi, üstəlik ailəsini kirayə qaldıqları mənzildən çıxarmaqla hədələyirlər. Hadisə ilə əlaqədar Azadlıq qəzetinin əməkdaşı dəfələrlə DİN-in mətbuat xidməti ilə əlaqə saxlasa da zənglərə cavab verilməyib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Avropa Birliyindən Azərbaycan hakimiyyətinə sərt mesaj

%d bloqqer bunu bəyənir: