Cənubi Osetiya separatçıları “erməni soyqırımı”nı tanımaq fikrinə düşüblər


Birtərəfli şəkildə Gürcüstandan müstəqilliyini elan etmiş və tanınmayan Cənubi Osetiyanın parlamenti yaxın iclaslarının birində “erməni soyqırımı”nın tanınması məsələsini müzakirə edəcək.

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki. xəbəri parlamentin mətbuat xidmətindən veriblər.

“Bəzi deputatlar bildiriblər ki, Ermənistan da osetin xalqının soyqırımını tanımalıdır, amma bu prinsipial məsələ deyil.

Prinsipial olanı odur ki, erməni diasporunun nümayəndələri Cənubi Osetiya ictimaiyyətinin tam hüquqlu üzvləridir, onlardan bir çoxu respublikamızın azadlığı və müstəqilliyi uğrunda vuruşublar, bizimlə birgə müharibə illərinin məhrumiyyətlərini yaşayıblar, bəziləri isə soyqırımdan qaçan ermənilərin nəslindəndir”, – mətbuat xidmətinin əməkdaşı belə deyib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Fransız səfiri Rusiya XİN-ə çağırılıb

%d bloqqer bunu bəyənir: