Cənubi Koreya prezidenti İranda

Cənubi Koreya Prezidenti Park Geun-hye İrana gedib. Seulla Tehran 50 il öncə diplomatik münasibətlər qurandan bəri ilk dəfə olaraq ikitərəfli sammit keçiriləcək.

Üç günlük səfər zamanı tərəflər biznes və ticarət münasibətlərini müzakirə edəcəklər.

Məlumatlara görə, Park-ı 250 nəfərlərin biznes təmsilçisi müşayiət edir.

İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Prezident Hassan Rohani mayın 2-də koreyalı həmkarı üçün qarşılanma mərasimi təşkil edəcək.

Tehranla Seulun hazırkı ticarət dövriyyəsi 6.1 milyard dollardır, İran bunu 17.4 milyard dollara qaldırmağı hədəfləyir, IRNA belə yazır.

Sanksiyalar qaldırılandan İran Cənubi Koreyaya neft ixracını gündə 400 min barrelə çatdırıb.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Məkkədə avtobuslar yandırılıb

%d bloqqer bunu bəyənir: