Now Reading:
Cəlilabadda su bəndi dağıldı: Ələt-Astara yolu bağlandı
Full Article 30 second read

Cəlilabadda su bəndi dağıldı: Ələt-Astara yolu bağlandı



Cəlilabad rayonunda su bəndi dağılıb.

“Report” xəbər verir ki, son günlər aramsız yağan yağışlar rayon ərazisindəki bəzi göllərin səviyyəsini qaldırıb.

Yerli sakinlərin sözlərinə görə, rayonun Cəfərxanlı kəndi ərazisindəki belə göllərdən birinin səviyyəsi maksimum həddə çatdığından bənd yarılıb.

Gölün suyu İncəçay vasitəsi ilə axıdıldığından rayonun Alar kəndi üçün də təhlükə yaranıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Yerli sakinlərin verdiyi məlumata görə, suyu ötürməkdən ötrü Ələt-Astara magistral yolu bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: