Now Reading:
Cəlilabadda qeyri-adi yazıları olan məzar daşı aşkarlanıb – FOTO
Full Article 40 second read

Cəlilabadda qeyri-adi yazıları olan məzar daşı aşkarlanıb – FOTO

Cəlilabad rayonunun Lakin kəndindəki qədim qəbiristanlıqda üzərində qeyri-adi yazılar olan məzar daşı aşkarlanıb.


Axar.az xəbər verir ki, eramızdan əvvəl VI-IV minilliyə aid olduğu güman edilən bu tapıntının hər iki üzündə müxtəlif işarələr əks olunub. Maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədilə Cəlilabad Tarix və Diyarşünaslıq Muzeyinə verilib. Məzar daşının üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasının və 7 müxtəlif ölkənin tarixçi alimlərinə müraciət edilib.
Yazını hələ ki, müəyyənləşdirmək mümkün olmayıb. Tarixçilərin işini çətinləşdirən isə indiyə kimi yazılı ədəbiyyatlarda bu kimi işarələrə rast gəlinməməsidir.
Arxeoloji nümunəni aşkar edən tarixçi Elşad Əmənovun sözlərinə görə, çox güman ki, başdaşı üzərindəki yazılar qədim dini inanclarla bağlı astronomik təsəvvürləri göstərir.
O bildirib ki, başdaşının tapıldığı qəbiristanlıqda geniş arxeoloji tədqiqatların aparılması bu işarələrin oxunmasına yardımçı ola bilər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: