Now Reading:
Cəlilabadda iranlılar “Kalaşnikov” və 5 kilo heroinlə tutuldu
Full Article 30 second read

Cəlilabadda iranlılar “Kalaşnikov” və 5 kilo heroinlə tutuldu



İranın və Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində bu səhər İran vətəndaşları saxlanılıb.

Virtualaz.org vesti.az-a istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Azərbaycanın Cəlilabad rayonunun Cəfərli kəndində xüsusi əməliyyat nəticəsində İran vətəndaşları Rəhim Fərəci Fitat oğlu və Fərxənqi Narəhməd Rüstəm oğlu saxlanılıb.

Axtarış zamanı onlardan “Kalaşnikov” avtomatı, 30 patron, ov tüfəngi, gecə görmə cihazı və tikanlı məftilin kəsməsi üçün xüsusi avadanlıq, həmçinin 5 kq heroin götürülüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: