Now Reading:
Cəlilabadda Azərbaycanın ən qədim məbədi aşkar edilib
Full Article 40 second read

Cəlilabadda Azərbaycanın ən qədim məbədi aşkar edilib



Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi aşkar edilib.

Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundov məlumat verib. O bildirib ki, ərazidə aparılan qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid xeyli sayda bəzək, məişət, eləcə də əmək alətləri tapılıb.

Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə rast gəlinən qədim dini məbəd aşkar ediblər.

Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub.

Arxeoloqun qənaətinə görə, kül qalıqları burada dini ayınlərin icra olunması zamanı istifadə edilən odun qalıqlarından ibarətdir.

Qazıntılar zamanı ərazidə məbəddən əlavə, iki qəbir də aşkarlanıb. (“Trend”)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: