Advertisements
24 saat

Cəlilabadda Atəbəylər dövrünə aid xəzinə tapılıb

Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığındakı qədim yaşayış yerindən XII əsrə aid pul dəfinəsi tapılıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundanModerator.az-a verilən məlumata görə, təsərrüfat küpünün içərisində 273 ədəd mis sikkələrdən ibarət olan dəfinə instituta təhvil verilib.
Sikkələr AMEA-nın iki institutu tərəfindən tədqiq ediləcək.
Qeyd edək ki, qədim pullar Atabəy Eldəgizlər dövrünə  aiddir. Dirhəmin bir tərəfində Abbasilərin xəlifəsi olan Əbül Müzəffər əl-Müstəncidin adı həkk olunub. Digər tərəfində isə “Qurani Kərim”in “Tövbə” surəsinin 33-cü ayəsindən bir hissə yazılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: