Now Reading:
Cəbhədə yenə atırlar
Full Article 40 second read

Cəbhədə yenə atırlar



Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəsi 120 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərindəki mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərinin vurulduğu açıqlanır.
Bundan başqa, Krasnoselsk rayonu ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin atəşə tutulduğu qeyd edilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Nəmirli və Yusifcanlı kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da Azərbaycan Silahlı Qüvvələrinə məxsus mövqeləri intensiv atəşə məruz qalıb.

Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə atəş zərbələri endirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: