Now Reading:
Cəbhədə atəş səsləri azalıb
Full Article 40 second read

Cəbhədə atəş səsləri azalıb



Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 20 dəfə pozublar.


Məlumatda qeyd edilir ki, Ermənistan silahlı bölmələri Tərtər, Xocavənd və Füzuli rayonu istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin iyunun 1-dəki açıqlamasında isə atəşkəsin gün ərzində 25 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Görüşdən sonra atəşkəsin pozulması halları azalıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: