Advertisements
24 saat

Cəbhəçi gəncin məhkəməsi başlanır


İyun 22-də Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Elvin Abdullayevinkasasasiya şikayətinə baxılmalıdır. Məhkəmə prosesi saat 15:00-da hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutmalıdır.

Elvin AbdullayevCinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə təqsirli bilinib. Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsionu 6 il azadlıqdan məhrum edib.
Müdafiə tərəfi həbsin siyasi motivli olduğunu, Elvin Abdullayevin şərləndiyini bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternotional” Elvin Abdullayevi “vicdan məhbusu” elan edib.

Hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyasının 10-dan çox fəalının həbsdə olduğu bildirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: