Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
106169

Bütün dünya bu qızdan danışır – FOTOLAR

Dünyanın bütün ölkələrini gəzən ilk qadın

moderator.az xəbər verir ki, Cassandra De Pecol adlı qadın dünyanın bütün ölkələrini görmək arzusunu həqiqətə çevirmək üçün yola çıxıb.
Dünyanı səyahət etmək və dünya gözəlliklərini görmək demək olar ki, hər kəsin azusudur, xəyalıdır. Kimisi bu arzunu həyata keçirməyi bacarır, kimisinin də təəssüf ki, həyat şərtlərinə görə elə arzu olaraq ürəyində qalır. Dünyanı gəzmək, görmək arzusunu həyata keçirənlərdən biri Cassandra De Pecol adlı bir xanımdır. Cassandra De Pecol arzusunu yerinə yetirməyə çalışmaqla yanaşı bir dünya rekordu qırmağa da hazırlaşır. Belə ki, Cassandra bütün dünyanın gəzmiş ilk qadın olaraq dünyanın ən sürətli səyyahı kimi  rekord qırmaq istəyir. İndi demək olar ki, bu qadın artıq dünyanın əksər ölkələrində məşhurdur, çoxları onun haqqında danışır, rekord qıra bilməsi müzakirə olunur.
Hazırda 27 yaşı olan Cassandra dünyanı gəzməyə 2015-ci ilin iyul ayında Palaudan başlayıb. İndiyədək 181 ölkə gəzən Cassandra De Pecol bütövlükdə 196 ölkə ilə tanış olacaq. Bu da o deməkdir ki, Cassandranın gəzəcəyi çox az ölkə qalıb.
Dünya'nın tüm ülkelerini gezen ilk kadın
Cassandra dünyanın bütün ölkələrini görmək arzusunu reallaşdırmaq üçün çox da pul xərcləmir. İndiyədək cəmi  170 min funt-sterlinq xərcləyib. Ginnessin rekordlar kitabına adını yazmağa hazırlaşan səyyahın səyahət xərcləri təxminən 200.000 dollar təşkil edir. Ancaq bu vəsait sponsorlar tərəfindən qarşılanır. Həmçinin Instagram hesabı üzərindən yerləşdirdiyi şəhərlərin, məkanların reklamını edir və bununla da bəzi xərclərini çıxarır.
Onu da qeyd edək ki, Cassandra De Pecol xəritəsiz hərəkət edir.
Moderator.az Csssandranın səyahət zamanı çəkdirdiyi müxtəlif fotoları təqdim edir:

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bu şəhər maviyə çevrildi – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: