Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Burnunu sındıraram, işə gedə bilmərsən” – ŞOK

Sevgilisi Eda Sönmezi döyməkdə təqsirləndirilən Türkiyənin məşhur aktyoru Saruhan Hünelin ötən gün məhkəməsi baş tutub.

Məhkəmədə çıxış edən aktyor bütün bu deyilənlərin yalan olduğunu və Eda Sönmez ona şər atdığını bildirib:
“Serial aktyoruyam və aylıq gəlirim 17 min türk lirəsi təşkil edir. Bütün bu deyilənlər əsassızdır və şər atırlar. Bu cür yalan məsələlərlə məhkəmənin və sizin vaxtınızı aldığım üçün üzr istəyirəm. Həyəcanlıyam və çıxışımı yazılı şəkildə də təqdim edəcəyəm”.
E.Sönmez isə hakim qarşısında çıxış edərək aktyordan şikayətçi olduğunu bildirib:
“Məhkəməyə müraciətimdə bildirdiyim kimi, Saruhan Hünel mənə zor tətbiq edib, təhqir edib ,təhdidlərlə yanaşı məni maşının içərisində qapalı şəraitdə saxlayıb”.
Hakim sözügedən hadisənin baş verdiyi məkanın kamera görüntülərini tələb edib və məhkəmə prosesi təxirə salınıb.
Qeyd edək ki, qəzet jurnalisti Eda Sönmez, sevgili olduğu aktyor Saruhan Hünel tərəfindən 5 dəfə zorakılığa məruz qalması iddiası ilə məhkəməyə müraciət edib. O, bildirib ki, keçmiş futbulçu Pascal Nouma ilə reportajdan sonra onunla fotoların sosial şəbəkədə paylaşılması aktyoru özündən çıxarıb. Saruhan Hünel ona zor tətbiq edib. “Burnunu sındıracağam işə gedə bilməyəcəksən”, deyən aktyor ona sillə vurub, küçənin ortasında onu təhqir edib.
E.Sönmezin dedikləri təqdiləndiyi təqdirdə, aktyor Saruhan Hünel 17 ilə qədər həbs cəzası ala bilər. (big.az)

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Artıq sevişmə səhnələrinə çəkilməyəcək

%d bloqqer bunu bəyənir: