Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bürclər: 9 iyul

Qoç –  sizin bu gün çoxlu görüşləriniz olacaq. Bu görüşlər planlaşdırılan da ola bilər, qəfil də. Əhatənizdəki insanlar sizdən diqqət və qayğı gözləyirlər. Elə bu diqqət və qayğı da evdə və işdə bəzi problemlərə gətirib çıxara bilər.

Buğa – Bu gün Buğalar üçün heç bir sınaq gözlənilmir. Ancaq hər bir çətinliyi ürəyinizə salırsınız. Ona görə də sizin bu gün nəsə qazanacağınız gözlənilmir. Ətrafınızdakı insanlarla və əsasən də işdə rəhbərliklə mübahisələr yaşana bilər.
Əkizlər – çox əlverişli bir gündür. İşdə xeyli uğur qazana bilərsiniz. Karyera qurmaq üçün münasib vaxtdır. Unutmayın: başqalarına nə qədər kömək etsəniz, öz uğurlarınızın sayı bir o qədər çox olacaq. Bu gün Əkizlər özlərini çox gözəl lider kimi göstərəcəklər.
Xərçəng – bu gün Xənçərnglər üçün həm işdə, həm də şəxsi həyatda əlverişli bir gündür. Sizə maraqlı olan insanlarla ünsiyyətdən doymursunuz. Köhnə dostlar özlərini yada salacaqlar. Ola bilsin ki, onlar sizə yeni işlər təklif etsinlər.
Şir – Şirlər çox şeyə inanırlar və hər kəsi öz ürəklərinə görə ölçürlər. Sizə verilən məlumatları yoxlamaqda tənbəllik etməyin. Bu sizə səhvlərdən qaçmağa kömək edəcək.
Qız – işə fikir verməyiniz vacibdir. Bəzi sizi sevməyən insanlar bundan sizə qarşı istifadə edə bilərlər. Evdə ailənizlə probleminiz yarana bilər. Sevdiyiniz şəxslə də həmçinin. Uzunmüddətli planlar qurmayın.
Tərəzi – cəsarətli addım atmaq üçün bu gün sizə bir şans verilə bilər. Lazım olmayan alış-verişlərdən əl çəksəniz, daha yaxşı olar.
Əqrəb – bu gün sizin üçün əlverişli bir gündür. Bütün işlərdə və əsas da sizin üçün vacib olanlarda uğur gözlənilir. Siz insanlarla çox asan dil tapa bilərsiniz. Bunun üçün sizə xüsusi diplomatik yol lazım deyil. Şərəfli hərəkətləriniz sizə populyarlıq gətirəcək.
Oxatan – bu gün ciddi problemləriniz ola bilər. Yaxşı tanımadığınız insanlara inanmayın (əsasən qadınlar). Bu sizi pis vəziyyətə sala bilər. Özünüzə tərəfdaş seçəndə diqqətli olun.
Oğlaq – siz bəzən sizi heç sevməyən insanlara güvənirsiniz. Bu gün qonaq getmək məsləhət deyil.  Çox vacib bir informasiyanı almaq şansınız var. Planlarınızı dəyişəcəyiniz istisna deyil,  ancaq bu sizin əhvalınıza xələl gətirməyəcək.
Dolça – bu gün səfərləriniz üçün də uğurlu olacaq, əsasən də romantik səyahətlər. Bu elə bir gündür ki, intiusiyanız hansı insanın sizi sevdiyini və ya sevmədiyini hiss etdirəcək. Sizə sürpriz şəkildə hədiyyə də verə bilərlər.
Balıqlar – bugünkü söhbətlərə elə də ciddi yanaşmaq lazım deyil. Sizə iş yerindən verilmiş vədlərə inanmağınız məsləhət deyil. Axşama doğru sizdə qəribə və pis hisslər oyana bilər. Emosiyalara qapıla bilərsiniz.(milli.az)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Tale Bağırzadənin cinayət işi üzrə məhkəmə istintaqı başlayır

%d bloqqer bunu bəyənir: