Loading...
Loading...

Bürclər – 5 avqust

Qoç –  intuisiyanıza güvənin, o, sizə pis adamları yaxşılardan seçməyə kömək edəcək. Dostlarınızın vasitəçi olacaqları tanışlıqlar sizin üçün faydalı olacaq.

Buğa –  günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər. Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul olun.

Əkizlər – yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən vaxtı xatırladacaqlar.

Xərçəng – yeni ideylarınız dəstəklənməyəcək. Səbrli olun. Ailə üzvlərinə təzyiq etməyin. Nə isə etmək istəyirsinizsə, yalnız öz qüvvənizə bel bağlayın. Yaşamınızı çətinləşdirən imkanlardan faydalanın.

Şir – işdə maliyyə və ya ideoloji məsələlərə görə rəhbərliklə münasibətlər korlana bilər. Anlaşmalar, müzakirələr üçün əlverişli zaman deyil. Sərtlik əlaqələri korlaya bilər. Fərdi təşəbbüsləri ertələyin. Aktivliyiniz ciddi müqavimətlə üzləşəcək.

Qız – yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Aqressiv və eqoist olmayın. Tərəfdaşlarla əlaqələrdə müvazinəti pozmayın. Qarşılıqlı güzəştlərə hazır olun. Bəzi imkanlara və imtiyazlara görə mübarizə aparmanız gərəkdir.

Tərəzi –  müstəqil çalışmaq daha sərfəlidir. Kimsə sizi qıcıqlandırırsa, belə adamdan uzaq olun. İradlar mübadiləsi münaqişəyə səbəb ola bilər. Nə qədər gec deyil, maraqlarınızı və qərarlarınızın fəsadlarını dəyərləndirin. Nə istədiyinizi müəyyənləşdirin. Axşam saatları səhhətinizin qeydinə qalın. Profilaktika üçün pis zaman deyil.

Əqrəb – adi günlərdən biridir. Heç bir ekstraordinar hadisə baş verməyəcək. Ev işləri ilə məşğul olmaq mümkündür. Alış-verişdə bədxərclik etməyin. Qəfil təklif olarsa, gəlir istisna deyilsə, razılaşın. Maliyyə əməliyyatları üçün uğurlu zamandır.

Oxatan – hədəf və məqsədlərinizi təftiş edin. Yaxın ətrafınızdakı bəzi insanların aşkar rəqabət istəklərinə fikir verin. Dostlardan biri rəqibə çevrilə bilər. Unutmayın: maliyyə məsələləri, pul hərisliyi çoxlarını korlayır. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Oğlaq – asan gəlir etmək ideyalarını unudun. İşlər artır, fəaliyyətdə gərginlik motivləri çoxalır. İdeyaların reallaşdırılması üçün maliyyə dəstəyi gərəkdir. Ruhdan düşməyin. Maneələr və sədlər sizi passivləşdirməməlidir.

Dolça – başladığınız işi yarımçıq qoymayın. Günün ikinci yarısında sərhədləri keçməyin, oyun qaydalarını pozmayın. Səhhətinizin qeydinə qalın. Travma və xəstəlik riskləri artır. Texnika ilə çalışanda ehtiyatlı olun.

Balıqlar – günün ilk yarısında sizi çox iş gözləyir. İşdə və ailədə “lokomotiv” rolunu oynamalı olacaqsınız. Yeni hədəf, fərqli məqsəd əla stimuldur. Köhnə planlardan birini reallaşdırmaq üçün əlverişli zamandır. Ətalətli olmayın, passiv davranmayın.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sabiq rəisin qəzada ölən oğlu Vergilər Nazirliyində işləyirmiş

%d bloqqer bunu bəyənir: