Loading...
Loading...
burcler.jpg

BÜRCLƏR – 4 Noyabr

Qoç – yaxşı bələd olmadığınız insanların birindən təklif alacaqsınız. Təklifin gerçəkləşməsi sizinlə bahəm, həmin şəxsin özündən asılıdır. Sərvaxt olun, imkanları əldən verməyin.

Buğa – illüziyalardan qurtularaq real işlərlə məşğul olmağa başlayın. Verdiyiniz vədləri unutmayın. Ciddi məqsədləri müəyyənləşdirərək priorietlərdə yerdəyişmələr edə bilərsiniz. Xəyallara qapılmayın, realist olun.

Əkizlər – Önəmli insanların etibarından sui-istifadə etməyin. Günün ikinci yarısında yaşam arealı ilə çalışdığınız məkanda qayda yaradın. İlkin təəssüratlara aldanmayın.

Xərçəng – bilik, bacarıq və təcrübənizdən yararlanın. Bu gün əldə etdiyiniz yeni informasiya yaxın perspektivdə işlərin sürətləndirilməsinə əlavə təkan verəcək.

Şir – çalışdığınız insanlar arasında tam etibar edə biləcəyiniz şəxsi müəyyənləşdirin. Çətinliklərə rəğmən irəliləyin, iradəli olun.

Qız – təmasları daha intensiv edin. Axşam saatlarında ola biləcək yeni tanışlıq uzunmüddətli əlaqəyə çevrilə bilər.

Tərəzi -peşəkar fəaliyyətinizlə bağlı planların həyata keçirilməsi üçün əlverişli zamandır. İş yerində mühit əlverişlidir. Layihələrinizdən biri ilə rəhbərliyi tanış edə bilərsiniz.

Əqrəb – yeni işə sərmayə yatırmaq, anlaşma, müqavilənin imzalanması, danışıqlar üçün münasib zamandır. Maddi durumun yaxşılaşdırılması, gəlir mənbələrinin səbatlaşdırılması və daha çox pul qazanmaq üçün səyləriniz effektiv olmalıdır.

Oxatan – sizə yardım edənlə maneələr yaradanı ayıra bilin. Günün ikinci yarısında yanınızda olan şəxslərin heç də hamısı sizin yaxşılığınızı istəmir. Ehtiyatlı olun.

Oğlaq – dəqiq, ehtiyatlı, sayıq olun. Başladığınız işdə diqqətli çalışın ki, pis fəsadlara malik ciddi səhvlərə yol verməyəsiniz.

Dolça – maraqlarınızı qoruyarkən qohumlarınızı və yaxınlarınızı unutmayın. Hiyləgər, fəndgir olun. Təhlükəli rəqib və ya bədxahı üstələdiyinizi düşünsəniz də, belə deyil. Çünki qərarlarınız, niyyət və addımlarınız onlar üçün tam şəffafdır.

Balıqlar – ətalətli, süst olmayın. Fəallıq nümayiş etdirin. Qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləyin. Yaxın ətrafınızdakı insanlar sizə üz tutur, problemlərini “hədiyyə” etmək istəyirlər.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Tanınmış hüquqşünasdan Prezident yanında Apellyasiya Şurasının sədrinə ŞİKAYƏT…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: