Loading...
Loading...
burcler.jpg

BÜRCLƏR – 29 Oktyabr

Qoç – uğur istisna deyil. Fəqət qələbənin asanlıqla əldə olunacağını düşünməyin. Təkbaşına, sakit şəkildə fəaliyyət göstərin. Öz işlərinizi görməklə yanaşı, yaxınlarınızın öhdəliklərinin bəzilərinin yerinə yetirilməsində onlara yardım edin.

Buğa – daha aktiv olun, qətiyyətlə davranın. Axşam saatlarındakı görüşə yaxşı hazırlaşın. İmprovizələrə belə bağlamayın. Qarşı tərəfdə özünüzlə bağlı normal təəssürat yaratmaq istəyirsinizsə, xarici görünüşünüz qüsursuz olmalıdır.

Əkizlər – qarışıq, təlatümlüdür. Narahatlıq və təlaş olacaq. Mübahisəli, qarışıq məsələləri məntiqli şəkildə həll edin. Uğura bel bağlamayın, fatalist olmayın. Dürüst qərarlar qəbul edərək planlarınızı həyata keçirin. Kimsə ilə məsləhətləşməyin. Vaxtınızı boş söhbətlərə sərf etməyin.

Xərçəng – maliyyə məsələlərində ifrat dərəcədə diqqətli olun. Böyük məbləğin itirilməsi riski var. Şəxsi münasibətlər üçün əlverişli zamandır. Romantik təmaslar harmonik olacaq.

Şir – mühüm və ciddi heç bir hadisə olmayacaq. Ağır situasiyadır. Yaşananlara olduğundan kəskin reaksiya verməyin. Gücünüzü və vaxtınızı yel dəyirmanları ilə mübarizəyə həsr etməyin. Real, gerçəklən də, mühüm olan məqsədlərə çatmağa can atın.

Qız – yaşlı qohumların və təcrübəli dostların məsləhətlərində fayda var. Başqalarının səhvlərindən nəticə çıxarmağı bacarın. Sevdiyiniz insanla xoşagəlməz söhbət ola bilər. Amma istənilən halda qarşılıqlı anlaşmaya nail olacaqsınız.

Tərəzi – qətiyyətli, iradəli olun. Uğura doğru irəliləyişiniz əhvalınızdan asılıdır. Çox güclü düşmələrlə mübarizə aparmalı olacaqsınız. Onlar sizi zəif saydıqları üçün uduzacaqlar. İşdə rəhbərlik və ya karyeranıza hər hansı formada təsir edə biləcək insanlarla önəmli söhbətlər üçün günün ikinci yarısı əlverişlidir.

Əqrəb – normal istirahət edə bilməyəcəksiniz. Sizə ehtiyac duyan insanlar var. Şübhəli insanların çoxsaylı təriflərinə, yaltaqların dediklərinə inanmayın.

Oxatan – hər addımınız səlis və düşünülmüş olmalıdır. Bütün çətinliklərə rəğmən qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz.

Oğlaq – maksimal dərəcədə effektiv istifadə edin. Önəmli irəliləyişə nail ola bilərsiniz. Saatlar keçdikcə daha ehtiyatlı olun. Rəqib və bədxahların sayı artacaq, onlar daha məkrli olacaqlar.

Dolça – yaxınlarınız sizdən diqqət tələb edəcəklər. Onlarla münasibətləri sərinləşdirməyin. Yardıma ehtiyacı olan insana kömək edin. Mükafat və ya minnətdarlıq gözləməyin.

Balıqlar – sakit və məhsuldar zamandır. Xüsusi maraq kəsb edən işlə məşğul olaraq onu məntiqli şəkildə başa vurun. Faydalı tanışlıqlar əldə etmək, təcrübəli insanlarla bir araya gəlmək şansları var. Eksperimentlərdən, risklərdən qorxmayın. Yeni metodları sınaqdan keçirin. Bu minvalla yaxşı nəticələr əldə edə bilərsiniz.

Milli.az

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Qalmaqallı baş həkim Asiman Həsənov kimdir? MTN-dən Səhiyyə Nazirliyinə gedən yol

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: