Loading...
Loading...

Bürclər – 25 AVQUST

Qoç –  hər addımınız səlis və düşünülmüş olmalıdır. Bütün çətinliklərə rəğmən qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz.  Axşam saatlarında normal istirahət edə bilməyəcəksiniz. Sizə ehtiyac duyan insanlar var. Şübhəli insanların çoxsaylı təriflərinə, yaltaqların dediklərinə inanmayın.

Buğa – uğur istisna deyil. Fəqət qələbənin asanlıqla əldə olunacağını düşünməyin. Təkbaşına, sakit şəkildə fəaliyyət göstərin. Öz işlərinizi görməklə yanaşı, yaxınlarınızın öhdəliklərinin bəzilərinin yerinə yetirilməsində onlara yardım edin.

Əkizlər – daha aktiv olun, qətiyyətlə davranın. Axşam saatlarındakı görüşə yaxşı hazırlaşın. İmprovizələrə belə bağlamayın. Qarşı tərəfdə özünüzlə bağlı normal təəssürat yaratmaq istəyirsinizsə, xarici görünüşünüz qüsursuz olmalıdır.

Xərçəng – günün ilk yarısı qarışıq, təlatümlüdür. Narahatlıq və təlaş olacaq. Mübahisəli, qarışıq məsələləri məntiqli şəkildə həll edin. Uğura bel bağlamayın, fatalist olmayın. Dürüst qərarlar qəbul edərək planlarınızı həyata keçirin. Kimsə ilə məsləhətləşməyin. Vaxtınızı boş söhbətlərə sərf etməyin.

Şir – maliyyə məsələlərində ifrat dərəcədə diqqətli olun. Böyük məbləğin itirilməsi riski var. Şəxsi münasibətlər üçün əlverişli zamandır. Romantik təmaslar harmonik olacaq.

Qız – mühüm və ciddi heç bir hadisə olmayacaq. Ağır situasiyadır. Yaşananlara olduğundan kəskin reaksiya verməyin. Gücünüzü və vaxtınızı yel dəyirmanları ilə mübarizəyə həsr etməyin. Real, gerçəklən də, mühüm olan məqsədlərə çatmağa can atın.

Tərəzi –  yaşlı qohumların və təcrübəli dostların məsləhətlərində fayda var. Başqalarının səhvlərindən nəticə çıxarmağı bacarın. Sevdiyiniz insanla xoşagəlməz söhbət ola bilər. Amma istənilən halda qarşılıqlı anlaşmaya nail olacaqsınız.

Əqrəb – qətiyyətli, iradəli olun. Uğura doğru irəliləyişiniz əhvalınızdan asılıdır. Çox güclü düşmələrlə mübarizə aparmalı olacaqsınız. Onlar sizi zəif saydıqları üçün uduzacaqlar. İşdə rəhbərlik və ya karyeranıza hər hansı formada təsir edə biləcək insanlarla önəmli söhbətlər üçün günün ikinci yarısı əlverişlidir.

Oxatan – Gəlir əldə edəcəksiniz. Əla ideyalar var. Onların bəzilərini reallaşdırsanız, yaxşı pula yiyələnəcəksiniz. Şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər istisna deyil.

Oğlaq – ehtiyatlı olun. Risk etmək, cəsur ideyanı və ya planı reallaşdırmaq olar. Yaradıcılıq layihələri istisnadır. Belə məsələlər qeyri-standart yanaşma tələb edir. Çətin problemlərin öhdəsindən gələ biləcəksiniz.

Dolça – uğur qazana bilərsiniz. Məqsədə nail olmaq üçün situasiyanı aydınlaşdırın, işlərdə konkretliyə nail olun. Hiyləgər, fəndgir davranın. İşlərdə irəliləyişə nail olmaq üçün qətiyyətli çalışmaq gərəkdir.

Balıqlar – işdəki fikir ayrılıqları və çətinliklər əhvalınıza pis təsir edə bilər. Müşküllər münasibətlərə təsir etməməlidir. Diskussiyanı konstruktiv məcrada saxlayın, aqressiv olmayın. Axşam saatlarında səhhətinizdə problemlər yaranacaq. Ürək-damar sistemində ağrılar, xronik ağrıların kəskinləşməsi istisna deyil.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Kiminsə kimdən xoşu gəlmirsə, ona Gülənçi damğası vurmalı deyil” – Əflatun Amaşov

%d bloqqer bunu bəyənir: