Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bürclər – 23 iyul

Qoç –  önəmli məsələnin çözülməsini ertələməyin. Peşəkar fəaliyyət və maliyyə məsələlərini həmfikirlərlə müzakirə etmək olar. Yekun qərarın qəbulunda tələskənliyə yol verməyin. Köhnə tanışlar və ya uzaq qohumların vizitləri istisna deyil. Qohumlara sevinin: onlar əliboş gəlməyəcəklər. Günün ikinci yarısında sevdiyiniz insanla önəmli söhbət ola bilər.

Buğa – peşəkar fəaliyyətlə bağlı önəmli qərar qəbul etməyin. Səbəb – inandığınız insanlardan biri sizi aldada bilər. İşdə rəhbərliklə ciddi mübahisə istisna deyil. Ambisioz, eqoist olmayın. Şayiələr və dedi-qodular sizə zərbə vura bilər.

Əkizlər – şəxsi münasibətlərdə heç bir xoşagəlməz sürpriz olmayacaq. Dostlarla ünsiyyət üçün əlverişli zamandır. Yaxşı xəbərlər alacaqsınız.

Xərçəng – işlərinizdə ləngliyə, süstlüyə yol verməyin. İkinci dərəcəli məsələlərin həllini ertələyin, ən mühüm və aktual işlərlə məşğul olun. Fikriniz mənasız ünsürlərə yayınmasın. Hesablamalarda səhv etməyin. Belə yanlışlıqlar maliyyə itkilərinə səbəb ola bilər.

Şir – xoşagəlməz xəbər alacaqsınız. Tərəfdaşlar vədlərini yerinə yetirməyəcəklər. Yeni tanışların rəğbətini qazanmağa çalışın. Ciddi münasibətlər ehtimalı azdır. Fəqət tanışlardan biri yaşamınızda önəmli rol oynaya bilər.

Qız – əlverişli, yaxşı gündür. İdeyaları həyata keçirmək düşündüyünüzdən də asan olacaq. Situasiya yaxşı imkanlar yaradır. Dəvət aldığınız tədbirlərə qatılın. İş axtarırsınızsa, bir vaxtlar tərəfdaşlıq etdiyiniz insanı günün ikinci yarısında xatırlaya bilərsiniz. Maraqlı təklif səslənəcək.

Tərəzi –  emosional fon stabildir. Yaxın ətrafınızdakı insanlarla incik, aqressiv, qıcıqlı davranmayın. Gözlənilməz etiraflar mümkündür.

Əqrəb – yorucu, rutin, usandırıcı işlər zamanıdır. Başladığınız işləri hər şeyə rəğmən bitirin. Yardım və ya dəstəyə bel bağlamayın. Köhnə müttəfiqlər öz işləri ilə məşğuldur. Yeni tərəfdaş və ya müttəfiq isə gözə dəymir. İşdə rəhbərliklə kiçik fikir ayrılıqları ola bilər

Oxatan – Emosiyaların əsiri olmayın, hisslərə əsaslanaraq davranmayın. Yaşananlara sakit reaksiya verin. Sevdiyiniz insanla münaqişə etməyin, onu ən kiçik nöqsana görə sərt tənqid atəşinə tutmayın. Alış-verişdə yalnız gərəkli əşyaları alın.

Oğlaq – işdə uğurlar böyük olmayacaq. Lakin həmin nailiyyətlər belə bədxahlarınızda kəskin qıcıq yaradacaq və onlar növbəti dəfə sizə zərbə vurmağa çalışacaqlar. Təxribatlara uymayın, emosional davranmayın. Sizi nə qədər tələsdirsələr də, düşünülməmiş addımlar atmayın.

Dolça – Kritik situasiya yaranarsa, nüfuzlu adama müraciət edə bilərsiniz. O, sizin tərəfinizi tutacaq. Günün ikinci yarısının emosional fonu stabil deyil. Xırda məsələlərə görə əsəbiləşməyin. Qıcıqlı davranışınız yaxınlarınızı təəccübləndirə bilər. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.

Balıqlar –  istənilən işi sürətlə, maraqla görsəniz, yaxşı nəticə əldə edəcəksiniz. Təxəyyülü işə salın. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Praktiki işlərə üstünlük verin. İndiyədək vaxt azlığından başlaya bilmədiyiniz işləri reallaşdırmağa can atın.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Elə bil 2-3 arvadlı ailədir…”

%d bloqqer bunu bəyənir: