Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
burcler

BÜRCLƏR – 17 Noyabr

Qoç – təhsil, bilik və bacarıqların artırılması, təcrübə bazasının genişləndirilməsi üçün istifadə etmək olar. Əqli əmək sizi sevindirməklə yanaşı, konkret nəticələr də verəcək.

Buğa – emosional yön baxımından olduqca əlverişsiz gündür. Sakit və səbrlə davranmaq asan deyil. Əhvalınız kəskin şəkildə dəyişə bilər.

Əkizlər – işdə həmkarlar və rəhbərliklə problemlərin yaranması istisna deyil. Hadisələrin belə arzuolunmaz məcrada baş verməməsi üçün emosiyaları işgüzar maraqlardan ayırın.

Xərçəng – iş yoldaşlarınızla qaba və aqressiv davranmayın. Məqsədə çatmaq üçün hiyləyə əl atmayın. Hiyləgərlik etsəniz, uğura nail ola bilərsiniz. Amma unutmayın ki, belə davranışın çox ağır nəticələri və fəsadları ola bilər.

Şir – həmkarlar və işgüzar tərəfdaşlarla bir sıra məsələləri həll etmək, münasibətləri rəvanlaşdırmaq üçün əlverişli gündür. Gün asan deyil. Lakin vaxtınızı hədər itirməsəniz, məhsuldar ola bilər.

Qız – diqqət və sayıq davranış tələb edən işlər müxtəlifdir. Onları həll edə bilərsiniz. Müstəqil şəkildə düşünməli, hərəkət etməli və suallara cavab tapmalı olacaqsınız.

Tərəzi – yaxın ətrafınızdakı insanlarla münasibətlər normal olacaq. Haqlı olduğunuzu sübut etməyə lüzum yoxdur. İdeyalarınız rəğbətlə qarşılanacaq. Qətiyyətli və təşəbbüskar olun.

Əqrəb – pozitiv təmayüllərin təsiri güclüdür. İşgüzar aktivliyiniz yüksək olsun ki, uğurlara bel bağlaya biləsiniz. İşdə mövqeləriniz möhkəmlənə bilər. Təşəbbüskar olun, nəyə qadir olduğunuzu göstərin.

Oxatan – maraqlı ideya və təkliflərlə çıxış edin, lider məziyyətlərinizi göstərin, təşkilatçılıq məharətinizi nümayiş etdirin. Unutmayın ki, işdəki irəliləyişinizin bundan sonrakı durumunun asılı olduğu insan sizi diqqətlə müşahidə edir.

Oğlaq – xırda problemlərə həddən ziyadə diqqət verməyin. Gündəlik məişət qayğıları sizi pərişan etməməlidir. Hər şeyə sadə yanaşın, gözütox olun və ən başlıcası – çətinliklərdən qorxmayın.

Dolça – peşəkar müstəvidə uğurlarınız və nailiyyətləriniz böyük olmayacaq. Çox fikirləşməyin, yoxsa fəaliyyət üçün vaxt az qalacaq. Başqasının əməllərini təkrarlamayın. Müstəqil addım atın, öz yolunuzu gedin. Maliyyə durumunuzda yaxşılaşma ola bilər.

Balıqlar – alış-verişdə bədxərclik etməyin. Sevdiyiniz insanla münsibətlərdə sərt davranmayın. Ən kiçik, ilk baxışdan önəmsiz səbəbdən münaqişə yarana bilər. Sakit olun, toxtaq davranın.

Milli.Az

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Vidadi Zeynalov: “MTN-ın generalına hər ay 100 min dollar göndərirdim”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: