Loading...
Loading...
burcler

BÜRCLƏR – 15 Noyabr

Qoç – iş barədə çox fikirləşsəniz, ağır gün olacaq. Karyera müstəvisində inkişaf, maddi rifah və maliyyə imkanlarının artırılması ilə bağlı konkret addımları planlaşdırın. Amma tələsməyin.

Buğa – bir qədər dincəlin, tempi aşağı salın. Əks təqdirdə daxili gərginlik ünsiyyətdə qəfil çətinlik və sonrakı təəssüf hissi ilə sonuclana bilər.

Əkizlər – qohumluq əlaqələrinin möhkəmləndirlməsi barədə düşünün. Ailədəki problemlərdən birinin qəfil, amma çox effektiv həllini tapa bilərsiniz.

Xərçəng – rasionunuza diqqət verin. Günün ikinci hissəsini sakit keçirin, cari işlərlə məşğul olun. Dünyagörüş və bilikləri artırın. Axşam saatlarında istirahət edin.

Şir – sinirlərin tarıma çəkilməsi, daxili gərginliyin artması və münaqişə ehtimalının qarşısını almaq üçün təmkinli davranın. Kənar təsirlərə uymayın. Təzyiqə imkan verməyin, hisslərinizin əsirinə çevrilməyin.

Qız – şəxsi münasibətlər müstəvisində çətin gündür. Romantik macəra çox pis, gözlənilməz fəsadla başa çata bilər. Tanışlıqlarda tələskən olmayın ki, sonradan peşmançılıq hissi keçirməyəsiniz.

Tərəzi – peşəkar sahədə problemləri çözə bilərsiniz. Maddi durumunuz yaxşılaşacaq. Faydalı əlaqələr yaratmaq və yaxın perspektivdə sərfəli format alacaq tanışlıqlara nail ola bilərsiniz. Axşam saatlarında aktiv istirahətə üstünlük verin.

Əqrəb –  aktiv olun, qarşınıza qoyduğunuz məqsədlərə çatın, yarımçıq işləri başa vurun. Hissiyat və intuisiyanız yüksək səviyyədədir. İstənilən işə başlayaraq onu başa vura bilərsiniz. Lakin işləri seçərkən diqqətli olun.

Oxatan – yardım istəyənlərə kömək edin. Eqoizminizlə mübarizə aparın. Emosiyaların əsiri olmaqla heç nəyə nail olmayacaqsınız. Ətrafdakı insanların maraqlarını nəzərə alın.

Oğlaq – başladığınız işləri axşam saatlarında başa vurun. Önəmli qərar qəbul edərkən tələsməyin. Daxili narahatlıq və ya nigaranlıq varsa, düşünülməmiş addım atmayın. Tələsik davranış sonradan peşmançılığa səbəb ola bilər.

Dolça – qarışıq, birmənalı olmayan gündür. Hərdəmxəyal olmayın, qeyri-ciddi işlərə başlamayın. Hisslər və emosiyalara nəzarət etməsəniz, ciddi fəsadlarla qarşılaşa bilərsiniz. Zəhmətkeş olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əmək və səylərinizi əsirgəməyin.

Balıqlar – yorğunluq axşam saatlarında başağrıya səbəb ola bilər. Nikbin olun, pessimizmə qapılmayın. Eqoist hisslərin təsirinə düşərək maraqlarınızın zərbə aldığını düşünməyin. Yaxınlarınızla söhbətləşin, tanışlarla əlaqə saxlayın.

Milli.Az

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Sabiq MTN generallarının həbs müddəti uzadıldı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: