Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

BÜRCLƏR – 11.07.2016

Qoç – gün qızlar üçün professionallıq baxımından çox uğurlu keçəcək. Işdə uğur ola bilər. Hər bir işə böyük həvəslə əl qatmağınız sizə çətin işilərin də öhdəsindən gəlməyə imkan verəcək. Bu da ətrafdakı insanların sizə qarşı fikirlərini müsbət mənada dəyişəcək.

Buğa – işdə məhhəbət macərası istisna deyil. Özünüzə böyük və hörmətli dostlar tapmaq imkanı yaranacaq ki, bu da sizə cəsarətli işlərin reallaşmasında kömək edəcək. Ailədə maliyyə məsələlərinə görə fikir ayrılığı ola bilər. Uzaq gələcəyin planlarını müzakirə etmək məsləhət deyil.

Əkizlər – pis gün deyil. Çox gözəl haldır ki, son vaxtlar yaranmış böyük problemlər öz-özünə həll yolunu tapır. Digər problemlərin isə həllinə ehtiyac yoxdur. Siz nəniki öz fikirlərinizi, hətta ətrafdakı insanların da fikirlərini dərs kimi qəbul edirsiniz.

Xərçəng – bu gün publika qarşısında çıxış və əks cinsin nümayəndəsi ilə yeni münasibət ola bilər. Təəssüf ki, problemlər də qaçılmaz olacaq. Çalışın çox sakit görsənin, çünki ancaq belə düşmənin sizə yaxınlaşmasının qarşısını ala bilərsiz.

Şir – bu günü elə də əlverişli saymaq olmaz. Bütün iş danışıqları ciddi xarakter daşımır və onlar gün ərzində dəqiqləşdiriləcək. Ola bilsin ki, çox da vacib olmayan, ancaq vaxtında gəlmiş pullar ilə qarşılaşasınız.

Qız – siz qarşı cinsin nümayəndəsi ilə çox asan münasibət qurursunuz, amma başa düşmürsüz ki, hər bir münasibət qəflətən ciddiləşə bilər. Ailəli Qızların həyat yoldaşları və ya yaxın qohumları ilə mübahisələri düşə bilər.

Tərəzi – fikirlərinizi öz üzərinə cəlb etmək istəyən insanlara fikir vermirsiz. Ona görə də bu gün ciddi və vacib görüşlərə getməyiniz məsləhət deyil.

Əqrəb – çox ciddi bir maneəni asanlıqla keçməyi bacaracaqsınız. Qarşınıza çıxmış problemlərdən qorxmadan hərəkət edirsiniz. Söhbət sizin öz maraqlarınızdan gedəndə, siz ciddiyətə varmırsınız. Siz öz məqsədinizə çatmaq üçün daha da ciddi olmalısınız.

Oxatan – deyinməyi və şikayət etməyi heç ağlınızdan belə keçirtməyin. Insanların sizə ola biləcək dəstəyinə ümid etməyin. Gün nəyisə dəyişmək və ya yeni bir macəralar tapmaq üçün uğurlu bir gündür. Əgər bu gün romantik münasibətlər olarsa, bu münasibətlərdə çoxlu qeyri-adiliklər ola bilər.

Oğlaq – çox gözəl bir gündür. Ünsiyyət, insanların əhatəsində olmaq, dost kampaniyalarında çıxış etmək üçün uğurlu bir gündür. Çox gözəl görüşlər və sürprizlərlə dolu bir gün gözlənilir. Siz hətta sizə yad olan insanla elə münasibətdə ola bilərsiz ki, sanki onları uşaqlıqdan tanıyırsız.

Dolça – Özünüzü tənha hiss etmək üçün heç bir səbəb yoxdur. Ancaq bugünkü görüşlər heç də ciddi xarakterli olmaya bilər. Ona görə razılaşdığınız sazişlərin yerinə yetirilməsinə elə də inanmayın. Sizə lazım olmayan məhsulları almaqla israfçılığa yol verə bilərsiniz.

Balıqlar – işdə proqress baş verə bilər. Ancaq heç bir güc sərf etmədən yüksəlməyi ağlınıza belə gətirməyin. Siz ancaq işləməlisiz və yenə də işləməlisiz. Bundan əlavə ola bilər ki, siz başqasının da çətin bir işini boynunuza götürə bilərsiniz.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Şirvanda: Camalovun kadr sponsoru dəyişib – Təfsilat

%d bloqqer bunu bəyənir: