Bürclər – 21 NOYABR

Qoç – bütün uğursuzluq və çətinlikləri ürəyinizə salmayın. Fikrə düşməyin, bədbinləşməyin. Yaxınarınız sizə yardım etmək istəyir, amma sizin laqeydliyinizi görərək kənar dururlar. Onlar ünsiyyəti minimuma endirirlər.

Buğa – alış-veriş, faydalı fəaliyyət üçün münasib zamandır. Kiçik məsələlərdə hiyləgərlik etməyin. Yalanlarınızın üstü tezliklə açılacaq. Bu isə həddən ziyadə xoşagəlməz məsələdir.
Əkizlər – fəlsəfənin bəzi müddəalarını indi gerçək həyata tətbiq edə bilərsiniz. Çoxsaylı faydalı məlumatlar əldə etmək üçün səy göstərin.
Xərçəng – bir sıra problemləri həll etməyə və əvvəllər hazırladığınız planları reallaşdırmağa imkan verən gündür. Nəyi niyə etdiyinizi yaxşı anlayın ki, kobud səhvlərə yol verməyəsiniz. Yeniliyi tez əxz edin.
Şir – evlə bağlı problem sürətlə həllini tapacaq. Yaxınlarınızla asanlıqla dil tapın. Dəyər verdiyiniz insanları sevindirməyə tələsin. Yeni hisslərə başlamaq üçün münasib zamandır. İntuisiya sizi aldatmayacaq. Etibarınıza layiq insanla tanış olun.
Qız – hər addımınızı yüz ölçüb bir biçin. İlk baxışda gözə dəyən qərarların əksəriyyətinin dürüst olmadığını anlayın. İşdə həmkarlarınızla çoxsaylı fikir ayrılıqları stress və əsəbə səbəb ola bilər.
Tərəzi –  təxribatlara uymayın, yalanlara aldanmayın. Bədxahlar sadəlövhlüyünüzdən yararlana bilərlər. Manipulyasiyalar və intriqalar toruna düşə bilərsiniz.
Əqrəb – potensial iş yeri sahibləri və işgüzar tərəfdaşlarla görüş üçün yaxşı zamandır. Yaxınlarınızla səmimi, həssas olun. Onlar hər qələbənizə sevinirlər.
Oxatan – əs cins mənsubu ilə münaqişə ehtimalı artır. Sözlərinizə kəskin reaksiya verilir. Günün ikinci yarısı daha uğurludur və işdə müvəffəqiyyətlər vəd edir.
Oğlaq – günün ilk yarısında mühüm işə başlamayın. Bu dövrdə təməli qoyulan proseslər sonradan qənaətbəxş nəticələr verməyəcək. Müttəfiq axtarışlarınız konkret nəticə verməyəcək. Sərt tənqidlərə əl atmayın, aqressiv davranmayın.
Dolça – özünüzə çox güclü düşmən qazanacaqsınız. Maliyyə itkiləri, uğursuz anlaşma, cərimə təhlükəsi var. Borc vermək məsləhət deyil. Borc ala bilərsiniz.
Balıqlar – yetərincə çətin gündür. Çox işləməli, yanlışlıqların fəsadlarını aradan qaldırmalı olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları, mübahisələr yaranacaq. Rütbəyə, vəzifəyə, tutduğu mövqeyə baxmadan insanları sərt tənqid etməyin.

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

AST Telmanın qardaşı həbs edildi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: