Advertisements
24 saat

BÜRCLƏR – 1 Oktyabr


Qoç – yaranan situasiyanın məzmununu və mahiyyətini dərk etməyə çalışın. Sizinlə eyni obyektə iddialı olan insanların gizlətməyə can atdıqları motivasiyaları çözün.

Buğa – enerjinin yığıldığı, amma onun nəzarətdə saxlamağın çətinləşdiyi qəzalı, riskli zamandır. Rabitə və kommunikasiya vasitəsi ilə problemlər yarana bilər.

Əkizlər – düşünülməmiş açıqlamalar və tələsik qərarlar anlaşmaların pozulmasına səbəb olmasın. Hadisələrin yeni strateji inkişaf planını aqressiv şəkildə təsdiqləməyə cəhd göstərməyin.

Xərçəng – təkbaşına, müstəqil şəkildə çalışın. Görmək istədiyiniz işi seçin. Qonaq gedərkən orada çox vaxt keçirməyin. Günün ikinci yarısında maliyyə işlərində diqqətli olun.

Şir – emosional fonu uğursuz olacaq gündür. Təmasları azaldın, ünsiyyəti məhdudlaşdırın, telefonu söndürün, məlumatlara və kənar təsirlərə qapalı olun.

Qız – günün mürəkkəb energetikasından yararlanmağa çalışan adam hadisələrin axarını özü üçün optimal məcraya çevirməyə çalışacaq. Həmin adamın mənhus məqsədlərə çatmasına imkan verməyin. Rəqibin səhvindən yararlanın.

Tərəzi – yaxın ətrafınızdakı insanlara verdiyiniz vədləri günün ikinci yarısında reallaşdırmağa çalışın. İşlə bağlı münaqişələrin şəxsi münasibətlərə sirayət etməsinə imkan verməyin. Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın.

Əqrəb – təmayüllər sizin üçün müsbətdir. Lakin gərginlik, həddən ziyadə olan imkanların artması hiss oluna bilər. Yaranan problemləri sürətlə həll etməyə çalışın.

Oxatan – yaxın ətrafınızdakı insanlardan biri və ya yaxın dostunuzla olan münasibətlərin sınaq dövrüdür. Ünsiyyətlər son günlərin hadisələrinin təsiri altında transformasiyaya uğrayır.

Oğlaq – mühüm xəbərlər alacaqsınız. Sizi narahat edən məsələnin cavabı günün ikinci yarısında tapılacaq. Axşam saatlarında səhhətinizə fikir verin.

Dolça – ümumi maraqlar və problemlər sizi birləşdirə bilər. Ola bilsin ki, başqa işlər görmək lazımdır. Çətinliklər isə fəaliyyət və əməkdaşlığın yeni variantlarına çıxışı sürətləndirəcək.

Balıqlar – işgüzar tərəfdaş və ya həmkarlarla münasibətlərdə emosiyalar alovlana bilər. Hisslərin gərginləşməsinin əlaqələrin kəsilməsinə səbəb olması yolverilməzdir.

Milli.Az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: