24 saat

Bunlar sizin mobil telefonunuzda yaşayır – FOTO


Tez-tez istifadə etdiyimiz, mütəmadi olaraq toxunduğumuz əşyalar mikroba daha çox məruz qalır. Sən demə, telefonlar özündə nəinki bizim yazışmaları və mühüm əlaqə nömlərini, eləcə də bir çox təhlükəli mikroblarları saxlayır.

Publika.az xəbər verir ki, ingiltərəli alimlər analara uşaqlara mobil verməməyi, o cümlədən telefonları ağzına salmaması üçün hər zaman diqqətli olmağı tövsiyə edib. Surreya Univertitetinin ekspertləri apardığı elmi eksperimentlərdə müəyyən edib ki, mobil telefonlarda orqanizmə daxil olma ehtimalı yüksək olan çox təhlükəli bakteriya və viruslar var.

Alimlər mobil telefonlarda yığılan bakteriyaların insan orqanizmə verdiyi zərərləri də yoxlamaq qərarına gəlib. Tədqiqatlar nəticəsində məlum olub ki, qızılı stafilokoku adlı mikrobdan başqa, telefonlardan alınan digər bakteriya və mikrobların çoxu təhlükəli deyil. Qızılı stafilokoku adlı mikrob dəri infeksiyalarının, həmçinin osteomielit, pnevmoniya və meningit kimi təhlükəli xəstyəliklərin meydana gəlməsinə səbəb ola bilir.

Telefonların xəstəlik mənbəyi olmaması üçün dezinfeksiya vasitələri istifadə etməklə onları həftədə bir dəfə təmizləmək lazımdır. Bu, mobil telefonlarda bakteriyaların yaranmasının və inkişafının qarşısını alacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: