Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Bundan sonra hərbi çevriliş vətəndaş müharibəsinə aparacaq”

“Türkiyə rəsmiləri PKK və DAİŞ-lə mübarizəni, baş nazir Binəli Yıldırımın xarici siyasətindəki keyfiyyət dəyişikliklərini müzakirə edirdi. Kimsə düşünməzdi ki, PKK ilə qanlı mübarizə getdiyi dövrdə orduda bir qrup zabit çevriliş planlaya bilər”.

 

24saat.org-un xəbərinə görə, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlayıb. Politoloqun fikrincə, keçmişdəki hərbi çevrilişlərdən fərqli olaraq bu dəfə ordunun tamamı hərbi çevrilişə dəstək vermədi: “Əksinə, çevrilişi planlayan generallar baş qərargah rəisini və çevrilişə etiraz edən bir çox generalı həbs etdilər. Türkiyə ordusunun tamamı çevrilişə dəstək vermədiyinə görə də çevriliş alınmadı. Üçüncüsü, Türkiyədəki polis sistemi çevriliş etməyi planlaşdıran hərbçilərlə silahlı mübarizə apardılar. Bunun nəticəsində xeyli polis həlak oldu. Yəni polis bütünlüklə Türkiyədəki hakimiyyəti dəstəklədi”. Analitik hesab edir ki, ən əsası xalq çevrilişi planlayan hərbi xuntaya qarşı mübarizə apardı: “Çevrilişə cəhd edən genaralların tamamının Gülən şəbəkəsinə bağlı olduğunu şübhə ilə qarşılayanlar da var. Bəzi generallar Ərdoğanın siyasətinin əleyhinə idilər, digərləri isə təqaüdə çıxmamaq üçün riskə getdilər. Bundan sonra Türkiyədə hərbi çevriliş etmək problematikdir. Çünki, bu, birbaşa vətəndaş müharibəsinə yol açacaq. İkincisi, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan nəzərdə tutduğu planlarını sürətlə həyata keçirməyə başlayacaq. Ərdoğan Konstitusiyanı dəyişərək prezident səlahiyyətlərini artıracaq. Türkiyə prezidenti orduda islahatlar apararaq silahlı qüvvələri siyasi hakimiyyətdən asılı vəziyyətə salacaq. Ən əsası Ərdoğan əsas rəqibi olan Fətullah Gülən hərəkatını tam neytrallaşdırmağa çalışacaq. Minlərlə məmur, hərbçi, polis, diplomat və təhsil işçisi bu hərəkata bağlı olduğu şübhəsi ilə işdən kütləvi surətdə çıxarılırlar. Bu proses hələ davam edəcək və on minlərlə insanı əhatə edəcək”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dənizkənarı hasarlar, villalar söküləcək – Siyahı hazırdı

%d bloqqer bunu bəyənir: