Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Buna görə ermənilər peşman olacaq – XİN

Azərbaycan Ermənistanın Cənubi Qafqaz və onun hüdudlarından kənarda nüvə terroru təhlükəsi yaradan bir dövlət olmasını beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb. Prezident İlham Əliyev Vaşinqtonda keçirilən nüvə sammitində də bir daha bu məqamı vurğulayıb ki, xüsusilə Ermənistanın ərazisində fəaliyyət göstərən və 1976-cı ildə tikilən Metsamor Atom Elektrik Stansiyası dünyada Çernobıl texnologiyasından istifadə olunan yeganə stansiyadır. Bu da seysmik zonada yerləşir və bütün Cənubi Qafqaz regionu üçün böyük nüvə təhlükəsi yaradır.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsü qeyd edib ki, son günlərdə Ermənistan vətəndaşlarının və Metsamor AES-in işçilərinin bilavasitə iştirakı ilə nüvə qaçaqmalçılığı hallarının artması tendensiyası müşahidə edilir: “Bütün bunlar ona əsas verir ki, Ermənistanın indi və əvvəllər vəzifədə olmuş vəzifəli şəxsləri açıq şəkildə Ermənistanın nüvə imkanlarına malik olması barədə açıqlamalar verirlər. Burada çirkli bomba kimi məşhur olan silahdan söhbət gedir. Burada radiaktiv elementlərin partlayıcı qurğularla birləşdirilməsi və partladılması kimi elementlər var. Bununla əlaqədar Azərbaycan Beynəlxalq Atom Enerjisi Agentliyi, BMT Təhlükəsizlik Şurası və qurumun digər strukturlarına müraciətlər hazırlayıb. Hazırda əlavə faktların toplanması işləri görülür. Eyni zamanda, fosfor silahının da istifadə edilməsi tərəfimizdən sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə, eləcə də ATƏT-ə, BMT-yə və digər təşkilatlara çatdırılacaq”.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Elmar Məmmədyarov ATƏT-i Qarabağ münaqişəsinin həllində daha fəal olmağa çağırıb

%d bloqqer bunu bəyənir: