Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bulvara uşaqların axını başlandı

Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dənizkənarı Milli Parkda əksər attraksionlar pulsuzdur.

Bulvar İdarəsi saat 15:00-dək pulsuz aksiyanın davam edəcəyini bildirsə də, artıq bir çox valideynlər səhər açılan kimi uşaqlarını parka gətiriblər.

Virtualaz.org xəbər verir ki, bulvarda pulsuz aksiyaya attraksion və karusellərin əksəriyyəti, qatarlar daxildir. Adi günlərdə uşağının bütün əyləncə vasitələrindən istifadəsinə imkanı olmayan valideynlər, yəqin ki, bu günü çoxdan gözləyirdilər. Həm də 15 yaşına qədər olan bütün uşaqlar həmin fürsətdən yararlana bilirlər. Elə bu səbəbdən də, əksər attraksionların, xüsusən də, əjdaha və qorxulu evin qarşısında bilet almaq üçün böyük izdiham var idi.

Bulvara axın edən balacalarla yanaşı, dənizkənari bulvar idarəsinin rəis müavini Nazim Məcidovu da iş başında gördük. Səhər dənizin sahilində çay içməyə imkan tapan bulvar rəhbərliyi bu gün Dənizkənarı Milli Parkı, demək olar ki, balacaların ixtiyarına verib.

Qeyd edək ki, bulvarda pulsuz attraksionlar səhər saat 9:00-dan açılıb və 6 saat davam edəcək.

 

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Sabah Bakıda arabir yağış yağacaq

%d bloqqer bunu bəyənir: