Loading...
Loading...

Bukmeker kontorlarında partiyaların Dövlət Dumasına düşməsinə pul qoyulur

Xarici bukmekerlər Dövlət Dumasına seçkilərin nəticəsinə qoyuluşlar qəbul edirlər. daha çox pulu PARNAS partiyasının Dövlət Dumasına keçməsinə qoyuluş etməklə qazanmaq olar, daha az pulu edinorossların qələbəsinə verirlər.

24saat.org saytı bildirir ki, RBK bir neçə rusdilli bukmeker kontoru müəyyən edib ki, onlar Dövlət Dumasına seçkilərin (18 sentyabrda keçiriləcək) nəticələrinə qoyuluşlar qəbul edirlər. Seçki ərəfəsində qoyuluşları yalnız xarici şirkətlər qəbul edir: Rusiya qanunları bu ölkənin bukmeker kontorlarına seçki tarixinin təyin edilməsindən sonra qoyuluşlar qəbul etməyi qadağan edir.

Qoyuluşu necə edirlər?

Oyunçular bu və ya digər hadisənin nəticəsinə pul qoyuluşları edirlər. Əgər hadisə baş vermirsə oyunçu da heç nə qazanmır. Hadisənin baş verməsi halında isə oyunçu etdiyi qoyuluşun hadisənin əmsalına hasilindən ibarət olan uduş məbləğini əldə edir. Hadisə nə qədər çox ehtimal ediləndirsə, bir o qədər çox oyunçu həmin hadisəyə qoyuluş edir və əmsal da bir o qədər aşağı olur. Misal üçün, orta xəttdə “günəşin batması” hadisəsinin əmsalı 1-ə bərabər olarsa – həmin hadisəyə qoyuluş etmiş oyunçu sadəcə öz pulunu geri alacaq. Yox, fərz edək ki, “Moskvada qəhvəxanada canlı fil ilə səhər yeməyində görüş” hadisəsinin əmsalı 100-ə bərabər olarsa – belə bir ssenarini düzgün tapan yeganə oyunçu yüzqat uduş əldə edərdi.

Kiçik partiyaların şansları

OllerBet şirkətində siyasi xətti (bukmekerlərdə bu və ya digər hadisənin əmsallarını əks etdirən siyahı xətt adlanır) tərtib edənlər əsas diqqəti qeyri-parlament partiyalarının perspektivləri üzərində cəmləşdirməyi qərara alıblar. Bukmekerlər “Rodina”, Artım Partiyası, PARNAS və “Yabloka” partiyalarınn keçib keçməyəcəyinə qoyuluşlar edirlər.

daha çox pulu müxalifətçi PARNAS partiyasının Dumaya keçməsinə qoyuluş etməklə qazanmaq olar (qoyuluşların arasında ən yüksək əmsaldır). Əgər Mixail Kasyanovun partiyası Oxotnıy Ryada keçməyi bacararsa, bu hadisəyə qoyuluş edən ilkin qoyuluşdan 6.1 dəfə artıq qazanc əldə edəcək.

Ən əlverişsiz keçid əmsalı Artım Partiyasındadır: OllerBet 1,85 verir. Bu o deməkdir ki, eyni uğurla həmin partiyanın həm parlamentə keçməsinə, həm də keçməməsinə qoyuluş etmək olar. Əgər həmin partiyanın Dumaya keçməsinə 100 rubl qoysanız 185 rubl qazanmaq olar.

“Yabloka” və “Rodina”nın keçid qoyuluşları əmsalları kifayət qədər yüksəkdir: 3.57 və 4,6. Idman oyunlarında belə əmsallarla futbol üzrə Rusiya yığmasının Almaniya və ya Braziliya millisinə qarşı oyunda uğurunu qiymətləndirirlər..

Betcity bukmekerləri “Rodina”, “Yabloka” və Ədalət uğrunda təqaüdçülərin Rusiya partiyasının Dumaya düşməyəcəyinə qoyuluş qəbul edirlər.

“Vahid Rusiya” (Edinaya Rossiya) risk etməyənlər üçündür.

Bukmekerlərin ən təhlükəsiz qoyuluşu – dörd Duma partiyasınadır. Bukmekerlər “Vahid Rusiya”, “Ədalətli Rusiya”, RLDP və RFKP-nın totalizator təşkilatçıların təklif etdiklərindən çox və ya az faiz toplayacaqlarını tapmağı təklif edir. Bukmekerlərin təklifləri aparıcı sosioloji xidmətlərin son sorğularının nəticələrindən bir qədər yüksəkdir.

Betsity qoyuluşlarında “Vahid Rusiya”ya təklif edilən faizi dəf etmə əmsalı yüksək deyil – 1.36. Bu idman qoyuluşlarında favorit hesab edilən ev sahibinin qələbəsinə verilən əmsaldır. Əgər vahid rusiyaçılar öz nəticələrini azaldarlarsa, həmin variantda hadisəyə qoyuluş edənlər öz pullarını üçqat artıqlaması ilə geri alacaqlar.

Oyunçular RFKP-na münasibətdə də özlərini oxşar şəkildə aparırlar. Bukmekerlər tərəfindən verilən faizi keçməyə görə təklif edilən əmsal – 1,62; daha az nəticənin əmsalı isə – 2.15. RLDP ilə olan halda daha aşağı nəticə üçün verilən əmsal daha yüksəkdir. “Ədalətli Rusiya” üçün keçid faizindən bir qədər yüksək nəticə proqnozlaşdırırlar, lakin onun daha çox səs yığmasına qoyuluş edirlər (1,55-ə qarşı 2.29).

“Qol+Pas” qazax bukmeker şirkəti də həmçinin partiyalar üçün müəyyən edilən keçid faizinin dəf edilməsinə qoyuluşlar yerləşdirib. “Vahid Rusiya”, RFKP, RLDP, “Ədalətli Rusiya”, PARNAS və digər partiyaların faizləri üzrə qoyuluşlar qəbul edilir. Vahid rusiyalılar tərəfindən təkif edilən faizin dəf edilməsi əmsalı – 1.55, keçilməməsi, “alt” əmsalı isə – 2.36 təşkil edir. RFKP üçün “alt” əmsalı “üst” əmsalından yüksəkdir (1.77 və 2). RLDP-nın yüksəliş və enişi üçün əmsal eynidir: 1,85.

Məqalənin hazırlanması anına bukmeker şirkətləri RBK-nın nə qədər oyunçu iştirak etməsi və qoyuluşların həcmi barədə suallarına cavab verməmişdilər.

Rusiya şirkətlərinə seçki kompaniyasının başlamasından sonra qoyuluşlar qəbul etməyi seçki hüququnun əsas zəmanətləri haqqında və Dövlət Dumasına seçkilər haqqında qanunları qadağan edir. “Rusiyada seçki ərəfəsində siyasi qoyuluşların edilməsi əvvəllər yayılmışdı, lakin seçki kompaniyasına start verilməsindən sonra qoyuluşların qəbul edilməsini qadağan edən qəbul edildi. Yalnız Rusiya yurisdiksiyasından xaricdə olan saytlar, misal üçün .com zonasında olanlar qoyuluşlar qəbul edirlər. Rusiyada leqal olaraq yalnız dörd sayt fəaliyyət göstərir – “Liqa stavok”, 888.ru, Winline və 1Xstavka.ru”, – Rusiya bukmekerlərinin özütənzimləmə təşkilatının prezidenti Oleq Juravski deyi. Siyasi qoyuluşların edilməsinə icazə verilən dövrdə bukmekerlər üçün ən uğurlu kompaniyalardan biri 2008-ci ilin prezident seçkiləri oldu. “Dmitri Medvedev prezident seçiləndə on minlərlə qoyuluşlar edilmişdi, bu olduqca yüksək bir nəticədir” – Juravski xatırlayır.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Müşahidə altında ölkəni qısa müddətə tərk edən MTN generalı VİP girişə buraxılmadı – SINDI

%d bloqqer bunu bəyənir: