Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
siyasi_mehbus

Bugün Azərbaycan tarixinin ən böyük siyasi məhbus alyansı yaradılacaq

Yeni qurumda məşhur hüquq müdafiəçiləri, ziyalı və jurnalistlər təmsil olunacaq

Sabah Azərbaycanda siyasi məhbusların hüquqlarını müdafiəsi ilə bağlı ən böyük alyansın əsası qoyulacaq. Bu barədə 24saat.org-u etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, yeni yaranacaq qurum bu günə kimi yaradılan oxşar qurumlardan əhəmiyyətli dərəcədə fərqlənəcək.
Belə ki, özündə ölkənin ən məşhur hüquq müdafiəçiləri, jurnalist və ziyalılarını birləşdirəcək bu qurumun daha çox yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyi, siyasi məhbus problemini daha sərt və kəskin şəkildə gündəmə gətirəcəyi gözlənilir.
Bilgili qaynağın məlumatına görə, qurumun rəhbərliyində siyasi məhbus həyatı yaşayan jurnalist və hüquq müdafiəçiləri təmsil olunacaq.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

“Azərbaycanın müstəqilliyinə qarşı ən aqressiv çıxışı Arif Rəhimzadə edirdi”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: