Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bu yollar sabah bağlı olacaq – SİYAHI

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar paytaxtın sabah səhər saatlarından başlayaraq bağlanılacaq yolları məlum olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə bildirdi ki, mayın 10-da Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

“May ayının 10-da səhər saat 08-dən başlayaraq Parlament psospekti – Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Ziyarətə gələnlərin təhlükəsizliyini təmin etmək və onların rahat hərəkətinin təmin edilməsi Parlament prospektinin Mehdi Hüseyn küçəsi 1, yəni teleteatr inzibati binasının yanından Mikayıl Müşfiq küçəsinin

Mətbuat prospekti ilə kəsişməsindən, həmçinin Mikayıl Müşviq küçəsinin Mətbuat prospekti ilə kəsişmə hissəsindən, eləcə də, Milli Məclisin inzibati binasının yanından Parlament prospekti istiqamətində avtomobillərin hərəkəti tam şəkildə məhdudlaşdırılır və istiqamət dəyişdirilir.

Vaqif Əsədov deyir ki, səhər 08:00-dan etibarən ziyarət başa çatana qədər bu istiqamətdə avtomobillərdən imtina edilməsi və ictimai nəqliyyat vasitələrdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur: “Ziyarətə qatılmaq istəyənlər isə ictimai nəqliyyatdaa üstünlük versinlər”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Astroloji proqnoz – 10 may

%d bloqqer bunu bəyənir: