Loading...
Loading...
62935

Bu yola milyonlar “xərclənib” – FOTOLAR

Uzunluğu cəmi 31 kilometr olan Şirvan-Salyan avtomobil yolununun salınması üçün indiyədək dövlət büdcəsindən 3 dəfə vəsait ayrılsa da, ancaq yolun tikintisi 10 ildən çoxdur ki, hələ də hazır deyil. Sonuncu dəfə 2015-ci ilin iyun ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Salyan-Şirvan magistral yolunun inşasına başlanılsa da, çox qısa vaxtdan sonra işlər tamamilə dayandırılıb.

“Ölkə.az”-ın əməkdaşı yolun vəziyyəti ilə yaxından tanış olmaq üçün Salyan rayonunun Qarabağlı, Qaraçala, Xələc, Kərimbəyli, Kolanı, Yolüstü və Qırxçıraq yaşayış məntəqələrindən keçən hissəsində olub.

Ölkənin cənub rayonları ilə şimal-qərb bölgəsini birləşdirən Salyan-Şirvan yolu respublika əhəmiyyətli hesab olunur. Bu yolla 30-dan çox yaşayış məntəqəsinə gediş-gəliş nəzərdə tutulur.

Salyan rayonunun 10-12 min əhalisi olan Qarabağlı və Xələc kəndləri ilə bərabər xeyli sakini olan Kərimbəyli, Pambıqkənd, Bəşirbəyli, Yolüstü, Qaraçala, Qırxçıraq və digər kəndlərin nümayəndələri bu yolun yararsızlığından gündəlik qayğılarını lazımınca həll edə bilmirlər. Nəzərə alsaq ki, bu avtomobil yolundan hər gün Bakıya, Gəncəyə, Lənkərana və digər şəhər və rayonlara sərnişin və yük maşınları keçir, vəziyyət daha aydın olar.

İndi bu magistralın yalnız adı “yol” adlanır. Burada insanların və avtomobillərin normal hərəkəti heç cür mümkün deyil. Az miqdarda yağış yağan kimi, Salyan-Şirvan yolunda yaranan dərələr su ilə dolur.

Ümumiyyətlə, Salyan-Şirvan yolu Azərbaycanda SSRİ dövründən salınmış tək-tük magistral yollardan biridir. Magistral yol sonuncu dəfə ötən əsrin 70-ci illərdə asfaltlanıb. Sonradan yol təmir adı ilə bağlansa da, yüngül yamaqların vurulmasından başqa heç bir iş görülməyib. Baxmayaraq ki, Azərbaycanın Dövlət Büdcəsindən bu yolun təmiri və yenidən salınması üçün 3 dəfə vəsait ayrılıb.

2013-cü ildə Salyan-Şirvan avtomobil yolunun əsaslı təmir olunması üçün Nəqliyyat Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. Ancaq bu yolun salınması ilə bağlı indiyədək heç bir iş görülməyib. Yalnız yolun Şirvan hissəsi təmir olunub. Hazırda bu yol müharibədən çıxmış böyük xarabalığı xatırladır. Salyan-Şirvan yolunda mövcud olan iri yarğanlar və yamalar müharibə üçün qazılan “akop” və səngərlərə çox bənzəyir. Yolda ancaq tırtırlı nəqliyyat vasitələri rahat hərəkət edə bilir. Hətta, Salyan camaatı vaxtilə rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimova bu yamalardan müsbət istiqamətdə işlər üçün də istifadə olunmasını təklif edibmiş. Yəni, müharibə filmləri çəkmək istəyən hər hansı rejissor çox rahatlıqla gəlib Salyan-Şirvan yolunda film çəkə bilər. Burada əlavə xərc çəkib səngər qazmağa ehtiyac yoxdur, onsuz da hər yer “akop”larla doludur. Bu baxımdan da Salyan-Şirvan yolu unikallığı ilə də seçilir.

Xatırladım ki, uzunluğu 31 kilometr olan bu avtomobil yolunun 23 kilometri Salyan Rayon İcra Hakimiyyətinin, qalan 8 kilometri isə Şirvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətinə aiddir.
62936
62941

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Nazir və başçı Ağsunu xəstəlikdən qırır – ürəkparçalayan fakt

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: