Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
53048

“Bu yenilik Qarabağın hərbi yolla azad edilməsi imkanını məhdudlaşdırır”

Araz Əlizadə: “Artıq bütün ümidlər sülhədir”

Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib.
Maraqlıdır, bu yenilik Azərbaycanın Qarabağı hərbi yolla azad etmək imkanlarını məhdudlaşdıra bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə Rusiya və Ermənistan arasında birləşmiş hərbi qrupların yaradılmasının Azərbaycana yaxşı heç nə vəd etmədiyini bildirib:
“Hesab edirəm ki, bu yenilik Azərbaycanın işğaldakı torpaqları hərbi yolla azad etmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq. Artıq bundan sonra bütün ümidlər sülhədir. Mən bundan öncə dəfələlə qeyd etmişdim ki, zaman Azərbaycanın xeyrinə işləmir. Bu fakt dediklərimi bir daha təsdiq etdi”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Çovdarovu məhkəməyə sürüyüb gətirirlər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: