Loading...
Loading...

Bu yazıçıları FETÖ öldürüb – Şok

İzmir Prokurorluğunun FETÖ istintaqı çərçivəsində hazırladığı iddianamədə təşkilat əleyhinə kitab yazan Nəcib Habləmitoğlu, Heydər Meriç və Aytunç Altındalın şübhəli ölümləri yer alıb.

56 səhifəlik sənəddə yazar Nəcib Habləmitoğlunun ”Köstəbək” adlı kitabında polis orqanlarında çalışan gülənçiləri ifşa etdiyi bildirilib:
“Nəcib Habləmitoğlu, Heydər Meriç və Aytunç Altındalın şübhəli ölümləri, kitabı nəşr olunmadan öncə Əhməd İşıq, Hənəfi Avcı və Nədim Şənərin naməlum həbsi FETÖ terrorçularının planı olub. Bu mövzularda yenidən araşdırma aparılmasına ciddi ehtiyac var”.
İddianamədə Gülənin ABŞ-a getməsinin (28 mart 1999-cu il) PKK lideri Abdullah Öcalanın tutularaq Türkiyəyə gətirildiyi vaxta (15 fevral 1999-cu il) təsadüf etdiyi də vurğulanıb. (Axar.az)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Ərdoğan Türkiyə-İsrail razılaşmasını təsdiqlədi

%d bloqqer bunu bəyənir: