Loading...
Loading...

Bu xəstəliyi olan qadınlara doğuş həbləri qadağandır

Sağlam və hamiləlikdən qorunmaq istəyən qadınlara doğuş həbləri qəbul etmək məqbuldur. Bu dərmanlar arzuolunmaz hamiləlikdən qorumaqla yanaşı, orqanizmə də bəzi faydaları var.

24saat.org lent.az-a istinadən bu barədə mütəxəssis fikirlərini təqdim edir:

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, arzuedilməz hamiləliklərin sonlandırılması nəticəsində, xüsusilə uyğun olmayan şərtlərdə edilən abort zamanı 80 min qadın həyatını itirir. Doğuş həbləri üsulunun məqsədi hər kəsin istədiyi qədər uşaq sahibi olmasını təmin etməkdir. Doğuş həblərinin hamiləlikdən qorunması mexanizmləri fərqli sistemlə həyata keçdiyi üçün ideal istifadə ilə hamiləlik ehtimalı 0,3 faizdir. Dərman buraxıldıqdan sonra ilk 6 ayda 83 faiz, ilk 1 ildə 94 faiz nisbətində hamiləlik ola bilər. Bir sözlə, bu həblər doğuş qabiliyyətinə mane olmur.

Doğuş həblərinin qadın bədəninə faydaları aşağıdakılardır:

1. Menstruasiyanı nizama salır, qanama miqdarını və sancıları azaldır.
2. Menstruasiyadan əvvəl gərginlik, köp, döşlərdə şişmə kimi əlamətləri azaldır.
3. Yumurtalıq şişi, kistləri və sütun xərçəngi ehtimalını azaldır.
4. Şokolad kistaları, xroniki qarın ağrısı, miomların yol açdığı qanamanı azaldır.
5. Sızanaq və bədəndəki tüklənməni azaldır.
6. Sümük quruluşunu gücləndirir.

Qeyd edək ki, doğuşdan sonrakı ilk 6 həftədə, damar tıxanıqlığı yaşayan, ürək xəstəliyi, yüksək təzyiq, qaraciyər xəstəliyi, uzunmüddətli diabeti olan, 35 yaşına qədər siqaret çəkən, döş xərçəngi, ağır miqreni olan qadınlar doğuş həblərini qəti istifadə etməməlidirlər.

Xoşxassəli döş xərçəngi və ailəsində döş xərçəngi olan qadınlar isə doğuş həbləri istifadə edə bilərlər.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sabah bu rayonlarda qaz olmayacaq

Loading...
%d bloqqer bunu bəyənir: