Bu vertolyotları hər kəs ala bilər – AZƏRBAYCANDA

Azərbaycanda vertolyotlar satışa çıxarılıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, hərrac sentyabrın 14-də baş tutacaq.

Hərracda “Azərbaycan Hava Yolları” QSC-yə məxsus, 1991 və 1993-cü illərdə istehsal edilmiş “Mİ-8 MTV1” markalı 3 vertolyot satışa çıxarılacaq.

Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

24saat.org
Loading...

Sarayda etiraz aksiyası – “Erməni kilsələrinə verilən qazdan biz də istəyirik” FOTO

Sonrakı Yazı »

“Qafqaz Universitetində 1 nəfər də türkiyəli müəllim qalmayıb“ – REKTOR

%d bloqqer bunu bəyənir: