Loading...
Loading...

Bu üsulla bel ağrılarından birdəfəlik xilas olun

Oturaq həyat tərzi üzündən, təəssüf ki, çoxumuzun belində ağrılar yaranır. Ondan xilas olmağın bir heyrətamiz sadə həlli var.

24saat.org publika.az-a istinadən bildirir ki, Böyük Britaniyalı masajçının təcrübəsi olan bu üsul hər cəhətdən sərfəlidir. Çünki bunun üçün nə kiminsə köməyinə, nə də böyük məbləğdə pula ehtiyac var. Yalnız tennis topu lazımdır, vəssalam.

Hər gün tennis topu ilə masaj etsəniz, əzələ gərginliyi və ağrılar dərhal yox olacaq. Onda niyə cəhd göstərməyəsiniz?

Belindəki ağrıdan qurtarmaq üçün

1. Divara söykənin.
2. Divarla kürəyin arasına tennis topu qoyun.
3. Daha sonra yuxarı və aşağı hərəkət edin. Topun bel sümüyü və onurğa arasında olması lazımdır. Masaj təxminən 3-4 dəqiqə davam etməlidir.
4. Bu proseduru uzanmış halda da etmək olar. Kürəkdən başqa, tennis topu ilə bud və ombaları da masaj etmək tövsiyə olunur.
5. Bu masaj oturaq vəziyyətdə işləyənlər üçün çox əlverişlidir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bürclər – 23 avqust

Loading...
%d bloqqer bunu bəyənir: