Bu universitetdən 42 tələbə qovuldu – Pullarını ödəyə bilmədikləri üçün

Təfəkkür Universitetində oxuyan bir qrup tələbənin valideynindən redaksiyamıza şikayət məktubu daxil olub.

Universitet rəhbərliyi 42 tələbəni kəsir pullarını ödəyə bilmədikləri üçün universitetdən xaric edib.

Təfəkkür Universitetinin rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də rektor Müşfiq Atakişiyev bizim zənglərimizə cavab vermədi. Məsələyə aydınlıq gətirmək üçün universitetə yollanan əməkdaşımız isə rektorun maşını orada olmasına baxmayaraq “rektor burada yoxdur” cavabı alaraq geri qayıdıb.

Qeyd edək ki, qanunda tələbənin nə təhsil haqqını, nə də kəsir pulunu ödəyə bilmədiyi üçün universitetdən xaric olunması nəzərdə tutulmur.(avropa.info )

AFFA-nin hesbatının ŞOK TƏHLİLİ

Sonrakı Yazı »

Azərbaycanda daha bir şagird intiharı

%d bloqqer bunu bəyənir: