Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bu torpaqlarda ev tikənlərin aqibəti necə olacaq?

Ötən ilin ikinci yarısında Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə (İXM) edilmiş dəyişiklərdən sonra torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə, fiziki şəxslər 300, vəzifəli şəxslər 600, hüquqi şəxslər 3 min manat miqdarında cərimə nəzərdə tutuldu. 88-1-də nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə isə fiziki şəxslər üçün 500, vəzifəli şəxslər üçün 1000, hüquqi şəxslər üçün 5 min manat miqdarında cərimə təyin edildi.

Bəzi mütəxəssislərin fikrincə, İXM-ə edilən dəyişikliklər və görülən inzibati tədbirlər tam səmərli olmadığından ölkə Konstitusiyasına da dəyişiklik etmək zərurəti yarandı və sentyabrın 26-da keçirilən referenduma əsasən, Konstitusiyanın 29-cu maddəsinə aşağıdakı məzmunda V və VI hissələr əlavə edildi:

“V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”

Çoxları hesab edir ki, bu dəyişikliklər əsasən, kənd təsərrüfatı təyinatlı torpaqları müxtəlif vasitələrlə ələ keçirmiş, hazırda isə ya onları istifadəsiz saxlamış, ya da təyinatı üzrə istifadə etməyən məmur-oliqarxlara qarşı yönəldilib.

Burada bir məqama da toxunmaq lazımdır. Əldə edilmiş məlumata görə, istər Bakı kəndlərində, istərsə də bölgələrdə uzun müddətə icarəyə götürülmüş və təyinatı üzrə istifadə edilməyən torpaqların bir qismi hissə-hissə bölünərək vətəndaşlara yaşayış evləri üçün satılır. Artıq həmin ərazilərdən xeyli sayda torpaq alan və hətta ev tikən şəxslər var.

Bəs Konstitusiyaya edilən əlavələrin kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri tikmiş şəxslərə aidiyyəti ola bilərmi?

Bununla bağlı məsələyə hüquqşünas-ekspert, vəkil Asif Abdullayev aydınlıq gətirib. Ekspert Milli.Az-a bildirib ki, icarə hüququ və mülkiyyət hüququ fərqli anlayışlardır. Konstitusiyaya edilən dəyişikliklər məhz mülkiyyət hüququna aiddir. İcarə hüququ isə mülkiyyət hüququ demək deyil:

“İcarəyə götürülmüş torpaqların üçüncü şəxslərə satılmasına gəlincə, bu prosedur qanuni hesab edilmir. Belə ki, torpağı icarəyə götürmüş şəxs onu sata bilməz. Mülki Məcəllənin 708.2-ci maddəsinə əsasən, icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. Göründüyü kimi, torpaq kənd təsərrüfatı üçün nəzərdə tutulubsa, icarəyə götürən şəxs də onu təyinatı üzrə istifadə etməlidir. İcarəyə götürülmüş torpaq icarəyə verənin razılığı olmadığı halda, üçüncü şəxsə verilə bilməz.

Həmin Məcəllənin 712.1.1.-ci maddəsinə əsasən isə icarəyə götürənin torpağı üçüncü şəxslərin istifadəsinə verməyə, o cümlədən ikinci əldən icarəyə verməyə ixtiyarı yoxdur.

Bir daha qeyd etmək lazımdır ki, Konstitusiyaya edilən dəyişikliklər yalnız mülkiyyətdə olan torpaqlara aiddir. Mülkiyyətçi torpağına istədiyi kimi sərəncam verə, sata, bağışlaya, icarəyə verə, girov qoya və s. edə bilər, icarə hüququ ilə torpaqdan istifadə edən şəxs isə, torpağa dair geniş hüquqlara, xüsusilə də onu satmaq hüququna malik deyil”.

Ona görə də yaşayış üçün torpaq alan şəxslər maksimum diqqətli olmalıdırlar. Xüsusilə də onu uzun müddətə icarəyə götürmüş şəxslərdən bir neçə sot torpaq alıb orada ev tikmək pulunu və zəhmətini göyə sovurmaq kimi bir şeydir. Bu xoşagəlməz hal bu gün də  olmasa, bir müddət sonra mütləq baş verəcək…

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Əyalətlərimiz necə büdcə müstəqilliyi qazandı?

%d bloqqer bunu bəyənir: