Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Bu, təqsirsizlik prezumpsiyasının pozulmasıdır” – Cavad Cavadlı

“Natiq Cəfərlinin vergi fəaliyyəti vergi orqanları tərəfindən yoxlanılıb və ona əsassız hesab hesabat dövrünə 456 manat vergidən yayınma, təqribən o qədər də maliyyə sanskiyası tətbiq olunmuşdur. Həmin məbləğlə Natiq razı olmasa da onu ödəmişdir”.

Arqument.Az xəbər verir ki, bunu vəkil Cavad Cavadlı REAL-ın icra katibi Natiq Cəfərlinin həbsi ilə bağlı Baş Prokurorluğun yaydığı açıqlamanı şərh edərkən deyib.

Vəkilin sözlərinə görə, Prokurorluq orqanlarının açıqlaması təqsirsizlik prezumpsiyasının pozulmasıdır: “Eyni zamanda Cinayət Məcəlləsinin 192.1 maddəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməklə yanaşı, həmin maddənin əvvəlki redaksiyası ilə hazırda qüvvədə olan redaksiyası Natiqi bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini istisna edir. Cinayət Məcəlləsinini 308.2 maddəsinin ümumiyyətlə danışmağa dəyməz”.

Qeyd edək ki, avqustun 12-si gecə saatlarında Nəsimi Rayon Məhkəməsi REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçib. Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Milli Şura sədrindən iftiralara cavab

%d bloqqer bunu bəyənir: