Loading...
Loading...
106455

Bu şəhər maviyə çevrildi – FOTOLAR

Hindistanın Rajasthan ştatında yerləşən və əhalisinin sayı 1 milyon 300 min nəfəri keçən Jodhpur şəhəri mavi şəhər kimi tanınır.

Moderator.az xəbər verir ki, Jodhpur ştatın ən böyük ikinci şəhəridir.
Jodhpur Hindistanda ən üst təbəqə olaraq qəbul edilən Brahmanların sıx olaraq yaşadığı bir şəhərdir. Tarixdə sinif fərqinin ən gərgin və kəskin olaraq görüldüyü yerlərdən biri olan Hindistanda Brahmanlar özlərini digərlərindən ayırmaq üçün yaşadıqları evləri mavi rəngə boyayıblar. Zaman keçdikcə sinfi mənsubiyyətinin yumşalması, mavi rəngin hamı tərəfindən bəyənilməsi nəticəsində digər insanlar da evlərini rəngləyərkən mavi rəngə üstünlük veriblər. Beləliklə də böyük bir şəhər maviyə çevrilib.
Elm adamları isə şəhərin mavi rəngə boyanmasının elmi izahını veriblər. Bildiriblər ki, Jodhpurda evlərin mavi rəngdə rənglənməsinin səbəbi milçəklərdən və istidən qorunmaqdır.
Mavi şəhərdə ən çox turist axını olan Mehrangarh qalasıdır. 1459-cu ildə inşa edilən və tarix boyu bir dəfə olsun belə işğala məruz qalmayan Mehrangarh qalası mavi şəhərin mənzərəsini izləmək üçün ən uyğun məkandır. Şəhərdə qaladan  başqa daha çox insanın üz tutduğu məkan Jaswant Thada məbədidir. Məbəd və qalayla yanaşı Mandore Bağları də turistlərin daha çox diqqətini çəkən məkandır.
Ədviyyatları dünyada məşhur olan bu şəhərə gələn turistlər ayrana bənzər lassi adlı içki, şərbətli şirniyyat olan jalabeinin dadına baxmadan getmirlər. Xına həvəskarları isə bədənlərinin müxtəlif hissələrinə çox məşhur olan Hindistan xınası çəkdirirlər.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Azərbaycanlı geni deyə bir şey yoxdur”- GENETİKLƏ SÖHBƏT

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: