Advertisements
24 saat

Bu şəhərdə azərbaycanlılara işləmək qadağan olundu – Qərar


Novosibirsk vilayətinin qubernatoru Vladimir Qorodetski miqrantlarla bağlı qətnamə imzalayıb.
Axar.az Qazeta.ru-ya istinadən xəbər verir ki, qərara əsasən, regionda miqrant fəhlələr bir sıra işlərdən uzaqlaşdırılacaq.

Ölkədə işsizliyin qarşısını almaq üçün verilən qərar çərçivəsində xarici ölkədən işləmək üçün Novosibirskə gələn miqrantların məktəblərdə, balıqçılıq, mədənçıxarma, odunçuluq sənayesində işləməsi yasaqlanır.

Miqrantlar həmçinin uşaq qidası hazırlayan şirkətlərdə, avtobus və taksi sürücüsü, mühasib, katib kimi də çalışa bilməyəcəklər.

Qadağalar üç aydan sonra qüvvəyə minəcək.

Bu qətnamə Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Azərbaycan vətəndaşlarına da aid edilib.

Qeyd edək ki, Novosibirsk vilayəti Qazaxıstanla sərhəddir və buraya Orta Asiya respublikalarından on minlərlə miqrant gəlir. Rusiyanın üçüncü böyük şəhəri olan Novosibirsk “Sibirin paytaxtı” da adlandırılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: