Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bu rayonlarda aksiya keçirilib – Polis hadisəyə müdaxilə edib

Bu gün bizimyol.info saytına və Bizim Yol faysbuk səhifəsinə daxil olan məlumata görə, Ağcabədi rayonunun Hindarx qəsəbəsində aksiya keçirilib. Sakinlər Ağcabədi-Ağdam-Bərdə avtomobil yolunu bağlayıb. Bu məlumatı dəqiqləşdirmək üçün əməkdaşımız Ağdam və Ağcabədi rəsmiıri ilə əlaqə saxlayıb. Ağcabədi rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov bizimyol.info saytına açıqlamasında Hidarx qəsəbəsində nümayiş keçirilməsi və magistral yolun bağlanması haqda xəbrləri təkzib edib, beləbir halın omadığını deyib.

Ağdam rayon İcra hakimiyyətinin başçısının birinci müavini Zülfü Qasımov isə bizimyol.info saytına bildirib ki, rayonun Əfətli kndinin və o ərazidə yerləşən qəsəbələrin sakinləri belə bir etiraz aksiyasına cəhd göstərib. Cənab Qasımovun sözlərinə görə, məsələ atəşkəsin pozulmasından zərər çəkmiş evlərə Qırmızı Xaş Komitəsinin vəsait ayırması ilə bağlıdır. Belə k, Ermənistan qoşunları ilə təmas xəttindən 3 kilometrədək məsafəfə yerləşən və atəşdən zərər çəkən kəndlərdəki evlərə 700 manar verilməsi nəzərdə tutulub. Ancaq Qasımov bildirir ki, təmas xəttindən xeyli aralıda yerləşən kəndlərin əhalisi arasında da bu vəsaiti almağa iddia edənlər olub və onlar qısa müddət yolu bağlayıb. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, eləcə də, Ağcabədi rayon İcra başçısı, hər iki rayonun hüquq-mühafizə orqanları rəhbərləri və əməkdaşları hadisəyə müdaxilə edib, camaatı sakitləşdiriblər, polis yolun açılmasına nail olub.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rəngli baramalar yetişdirilir – Azərbaycanda ilk

%d bloqqer bunu bəyənir: