Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bu qız 19 ildirki ləyəndə yaşayır

Nigeriyalı gənc qız hələ 6 aylıq olarkən keçirdiyi bir xəstəlik səbəbindən 19 ildir həyatını plastik ləyənin içində keçirir.

BAKU.WS-in Yaşadığı o qədər çətinliyə və çətin həyatına baxmayaraq anası qızının olduqca ağıllı və xoşbəxt biri olduğunu söyləyir.
Rahma Haruna sağlam bir körpə olaraq dünyaya gəlib. Ancaq 6 ay sonra səbəbi bilinməyən bir şəkildə inkişafdan dayanıb. O gün, bu gündür qolları, ayaqları və bədəni normal inkişafdan qalan talehsiz gənc qız həyatını, başda anası olmaqla, ailəsinin köməyi ilə davam etdirir. Qızın anasını ona yeməyini yedirir, duş və tualet ehtiyaclarına yardım edir. Ailə gənc qızın həyatını maraqlı keçirə bilməsi üçün əllərindən gələni edir.
Ana qızını yaşıdlarına görə olduqca ağıllı və hər şeyə baxmayaraq xoşbəxt bir gənc qız olduğunu söyləyir. Rahma başına gələnlər və hayatı barədə danışıb: “Ailəm mənə hər zaman kömək olur. Bunu necə edirlər? Ehtiyacım olan hər şeyi mənə verirlər”.
Gənc qız sözləriylə anasının dediklərini sanki sübut edir. Rahmanın 10 yaşındakı qardaşı Fahad isə bacısına kömək etdiyini söyləyir: “Onu hər gün çölə gəzməyə çıxarıram. İnsanların ona kömək olduğunu görəndə özümü xoşbəxt hiss edirəm. Mən də onu gəzdirməyi çox sevirəm”.
Gənc qızın atası isə 15 il boyunca övladına müalicə tapa bilmək üçün çalışır. Ata Hussaini bütün pullarını xərcləsə də təəssüf ki, qızına bir müalicə tapa bilməyib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Türkiyə parlamenti fövqəladə vəziyyət barədə qərarı təsdiq etdi

%d bloqqer bunu bəyənir: