Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
maas

Bu peşə sahiblərinin maaşları artırılacaq – VİDEO

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər daha da sürətləndirilib. Məlumdur ki, sığorta ilə bağlı baza zərfi hazırlanaraq nazirlər kabinetinə təqdim edilib. 

Baza zərfinə 1800-ə yaxın tibbi müayinə və müalicə posedurları daxil edilib. Xəstəxanalara müraciətlər çoxalacağından həkimlərin maaşında artımlar olacaq.
İcbari tibbi sığorta sisteminin tətbiqindən sonra həkimlərin, eləcə də orta tibb işçilərinin maaşlarında artımların olacağı gözlənilir. Göstərdiyi xidmətin müqabilində həkimlər bonus əldə edəcək.
İcbari tibbi sığorta sisteminin tətbiqi zamanı ilk seçim Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət xəstəxanaları arasında aparılacaq. Sonradan agentliyin tələblərinə cavab verəcək özəl klinikalar da icbari tibbi sığorta xidmətini göstərə biləcəklər. Maaşların nə qədər artacağını söyləmək çətindir.
İcbari Tibbi sığorta üzrə dövlət agentliyinin şöbə müdiri Vüqar Qurbanov deyir ki, bu yanaşma həkimlərin işlərinin keyfiyyətini gündəmə gətirəcək.
İcbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək.(Xəzər Xəbər)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

WhatsApp istifadəçilərinə -XƏBƏRDARLIQ

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: