Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Bu kəndin əhalisi 3 aydır, susuzdur”

Tovuzdakı vəhşətə rəsmilər nə deyir?

3 aydır ki, Tovuz rayonunda ciddi su problemi yaşanır. Əhali çıxılmaz vəziyyətə düşüb, ciddi narazılıqlar var.

Bu barədə rayonun Əyyublu kənd sakinləri məlumat verib. Əhalinin sözlərinə görə, məcbur qalıb suyu maşınlarla alırlar: “Hər gün su problemi yaşayırıq. Kimin pulu var, 10 manat verir su alır. Kimin pulu yoxdur, susuz qalır. Özümüzün şəxsi artezianımız ola-ola biz su tapmırıq. Sovet dövründə pulumuz hesabına bizə bulaq qazdırıb, su çəkdiriblər. Ancaq 3 aydır ki, kənd əhalisi su tapmır. Bilmirik hara deyək, dərdimizi eşidən yoxdur”.

Sakinlər deyir ki, dəfələrlə İcra Hakimiyyətinə, digər aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmır: “Su-Kanal İdarəsinə yeni rəhbər təyin olunub. Adı Azərdir. Elə ki, aparıb cibinə 20 manat qoyursan, deyir bu saat maşınla su yollayaram. Yəqin təyin olunmaq üçün qoyduğu pulu çıxarmaq istəyir. Deyir ki, Qənirə xanımın (millət vəkili Qənirə Paşayeva – red.) adamıyam. Neyləyək Qənirə xanımın adamısan? İndi biz Qənirə xanıma müraciət edək ki, bizi su ilə təmin edin?”

Məsələ ilə bağlı Tovuz rayon Su-Kanal İdarəsinin rəisi Azər Zeynalov AzNews.az-a bildirib ki, sözügedən kəndin heç bir su problemi yoxdur: “Həmin kəndin sakinləri iyulun 24-də mənə müraciət edib. Dedim ki, bununla bağlı rəsmi olaraq idarəyə müraciət ünvanlayın. Biz dövlətə qulluq edirik. Kənd camaatı evlərinə artezianla su çəkdirmək istəyir. Bizim də ona səlahiyyətimiz çatmır. O, başqa quruma məxsusdur. İkincisi də, qoşdurmaq istəyirlərsə, narazılığımız yoxdur. Sakinlər artezianı Su-Kanal İdarəsinin xəttinə qoşmaq istəyir. Bunun üçün rəsmi müraciət lazımdır”.

Su-Kanal İdarəsinin Əyyublu kənd nümayəndəsi Fəxrəddin Mehbalıyev isə AzNews.az-a açıqlamasında həmin kəndə suyun daimi verilməməsinin səbəbini camaatın suya olan borcunu ödəməməsi ilə əlaqələndirib: “Bizim kəndə su daimi verilir. Hazırda 10 ailə var ki, daimi su ilə təmin olunur. Amma 15-ə yaxın ailənin su idarəsinə böyük məbləğdə borcları var. Həmin borc ödənməlidir. Biz o ailələri xəbərdar etmişik. Bildirirlər ki, iki günə kimi suya olan borclarını ödəyəcəklər. Amma buna baxmayaraq, iki gündən bir onları içməli su ilə təmin edirik. Onlar istəyir ki, pulu ödəməsinlər, üstəlik artezianı bizim idarənin su xəttinə qoşsunlar. Bu isə rəsmi qaydada olunmalıdır”. (AzNews.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda radikalların yığışdığı məscid bağlandı

%d bloqqer bunu bəyənir: