Loading...
Loading...

Bu il Həcc ziyarətinin təhlükəsizliyini 17 mindən çox hüquq-mühafizə orqanı əməkdaşı qoruyacaq

Səudiyyə Ərəbistanı rəhbərliyi bu il həcc ziyarətinə gedəcək zəvvarların təhlükəsizliyini 17 mindən çox hüquq-mühafizə orqanı əməkdaşının qoruyacağını açıqlayıb.

“Report” TASS-a istinadən verdiyi xəbərə görə, ölkənin Mülki-Müdafiə İdarəsinin başçısı, general Süleyman bin -Abdullah əl Əmr bildirib ki, təhlükəsizlik qurumlarının 17 mindən çox əməkdaşı həc ziyarətinin təşkili ilə məşğul olacaq.

“Bu məqsədlə 3 mindən çox texnikadan istifadə ediləcək. Məkkə və Mədinə şəhərlərində informasiya kampaniyası keçiriləcək. Bu işə yalnız ənənəvi KİV-lər deyil, sosial şəbəkələr də cəlb ediləcək”, – deyə general söyləyib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bu üsulla bel ağrılarından birdəfəlik xilas olun

%d bloqqer bunu bəyənir: