Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bu il də Azərbaycanda dini adlar liderlik edir

“İnsanların övladlarına dini adlar verməsi normal haldır. Çünki bu tarixən belə olub. Azərbaycan xalqı öz dininə və mənəviyatına bağlıdır”.

ANS PRESS-in məlumatına görə, bu sözləri filologiya elimləri namizədi, ilahiyyatçı Qafar Ocaqlı Azərbaycanda uşaqlara dini adların verilməsinin üstünlük təşkil etməsinə münasibət bildirərkən deyib.

İlahiyyatçı insanların övladlarına belə adlar verməkdə məqsədlərinin daha xeyirli bir övlad yetişdirmək istəyindən irəli gəldiyini söyləyib.

“Peyğəmbərimizin səhabələri peğəmbərdən əvvəl qoyulan bəzi adların dəyişdirməsini həyata keçirib. Belə ki, Peyğəmbərimiz insana doğru buyrulmayan adların – daş, çətin və s bu kimi adları dəyişdirərək yeni adlarla yaxud da onların əksi olan mülayim adlarla əvəz edib. Peğəmbərin ölümündən sonra da onun səhabələri xatirəsini əziz tutaraq Məhəmməd adını və onun xanımlarının, yaxud da övladlarının adlarını öz uşaqlarına qoyublar”, – deyə məsələyə münasibət bildirərkən Qafar Ocaqlı söyləyib.

Daha sonra ilahiyyatçı bu adlar qoyulmuş insanların ünvanına nalayiq sözlər deyilərkən bir qədər diqqətli olmaq hörmətlə yanaşmağın vacibliyini vurğuladı.

Qafar Ocaqlı:“O demək deyil ki, bu ad kimə qoyulubsa o insan mütləq yaxşı insan olacaq. Bu ad daşıyıcısının  ada layiq yaşayacağına heç kim zəmanət verə bilməz. Sadəcə valideyinlər bu adları övladlarına verərkən uşaqlarının bu ada uyğun yaşayacaqlarını diləyir, ümid edirlər ki, uşaqları da tərbiyə, ədəb-ərkan  baxımından həmin insanlara bənzəyəcək və bu addan bəhrələnərək daha yaxşı insan olmağa can atacaqlar”.

Qafar Ocaqlı-İlahiyyatçı

Qafar Ocaqlı-İlahiyyatçı

Bu gün Ədliyyə Nazirliyi son beş ildə Azərbaycanda doğulan uşaqlara verilən adaların siyahısını açıqlayıb. Siyahıda dini adlar yenə üstünlük təşkil edib. Son beş ildə Azərbaycanda doğulan oğlan uşaqlarından 17468-nə Yusif, 11815-nə Əli, 7655-nə Ömər, 7520-nə isə Məhəmməd adı verilib.

Ədliyyə Nazirliyindən “Report”a verilən məlumata görə, son beş ildə doğulan qız uşaqlarından 16715-nə Zəhra adı qoyulub.

Qız uşaqlarından 12736-nə Nuray, 12045-nə Fatimə, 7885-nə Zeynəb, 7978-nə Ayan, 6211-nə Xədicə, 4203-nə isə Dəniz adı verilib.

Bundan başqa qız uşaqlarına verilən adlar arasında Yağmur (3667), İnci (2837), Əsma (2319), Banu (1902), kimi adlar üstünlük təşkil edib.

Oğlan uşaqlarına qoyulan adlar arasında isə Uğur (4269), Tunar (3667), Ümid (3143), Raul (1667), Murad (7296), Ayxan (5312), Kənan (4714) kimi adlar daha çoxdur.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Astroloji proqnoz – 12 may

%d bloqqer bunu bəyənir: