Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Bu il 261 azərbaycanlı oğlan əcnəbi qızla evlənib

“2016-cı ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 14, 2 min nikaha daxilolma halı qeydə alınıb”.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəfael Süleymanov bildirib ki, onlardan 261-i Azərbaycan vətəndaşı olan kişilərlə əcnəbi vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.

Şöbə müdiri qeyd edib ki, 2015-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 68,8 min nikaha daxiolma halı qeydə alınıb:

“Onlardan 1291-i Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbi vətəndaşı olan kişilər arasında, 1281-i isə Azərbaycan vətəndaşı olan kişilərlə əcnəbi vətəndaşı olan qadınlar arşında bağlanmış nikahlardır”.

Qurum rəsmisi eyni zamanda bildirib ki, Komitə sözügedən nikahlardan doğulan uşaqların sayı, eləcə də əcnəbi vətəndaşlarla qeydə alınan boşanmalara dair statistik məlumatlara malik deyil.

(moder.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İlham Əliyev Amerika və Avropa ilə müharibəni də davam etdirirmi? VİDEO

%d bloqqer bunu bəyənir: